Bu gün Ermənistan hakimiyyəti yeni Konstitusiyanın mətnini dərc edib. Bununla bağlı Baş nazir Nikol Paşinyan xalqa müraciət edib.
Müraciətdə deyilir:
“Biz yeni Konstitusiyanın qəbul edilməsi yolu ilə Ermənistan Respublikası vətəndaşı ilə ölkədə qurulmuş hüquqi qayda arasında təbii əlaqə yaratmalıyıq.
Bu gün ölkəmizdə qurulmuş hüquqi qayda mövcud Konstitusiyadan qaynaqlanır, lakin vətəndaşla ölkədə qurulmuş hüquqi qayda arasında bu təbii əlaqə sadə bir səbəbdən qurulmayıb ki, əvvəlki bütün Konstitusiyalar vətəndaşın iradəsinin sərbəst ifadəsi ilə qəbul edilməyib və geniş yayılmış ictimai rəyə görə, bütün bu referendumların nəticələri saxtalaşdırılıb.”


























