image-bqxk-xankendibackend

Erməni uşağın xəstəxanaya aparılmasına icazə verildi

image-reklam_sirab_01

Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin müşayiəti ilə Xankəndidən Ermənistana müalicə üçün körpə aparılıb.

Vətəninfo.az xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsindən daxil olmuş müraciətdə 24 dekabr saat 09:00-da xəstəliyinin müalicəsi ilə əlaqədar 2022-ci il təvəllüdlü Vladimir Balayan və onun valideynləri 1987-ci il təvəllüdlü Aleksey Xalatryan, 1979-cu il təvəllüdlü Ararat Balayanın komitənin əməkdaşlarının müşayiəti ilə 1 ədəd ambulans və 2 ədəd komitəyə məxsus minik avtomobili ilə Xankəndidən Ermənistana keçidinə və həmin gün eyni tərkibdə geriyə Xankəndiyə qayıtmalarına icazə verilməsi xahiş olunub.

Müraciətdə bildirilib ki, geri qayıdarkən avtomobillərin baqajında Xankəndi xəstəxanası üçün dərman və tibbi ləvazimatlar daşınacaq.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 13 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki