image-photo-2021-11-03-14-07-36backend

Ermənilərin düşmənçilik siyasəti illərdir davam edir.

image-reklam_sirab_01

Qarabağ Azərbaycanın əzəli və ayrılmaz bir hissəsidir. Lakin ermənilər isə hər zaman Azərbaycanı bölüşdürməyə, onu daxilən parçalamağa çalışmışdır. Qarabağın dağlıq hissəsində 1923-cü ildə sovet rəhbərliyi tərəfindən yaradılmış muxtar qurumu daimi Azərbaycandan ayırmağa çalışmışlar.

Ermənilər əvvəl sovet, sonra Rusiya hərbi qüvvələrinin köməyindən istifadə edərək Dağlıq Qarabağdakı fitnəkar əməllərini genişləndirir və azərbaycanlıları öz dədə-baba torpaqlarından sürgün edilmələrinə var gücləri ilə səy göstərirdilər. Azərbaycanlılar sürgün olunaraq sıxışdırılır və qovularaq öz doğma ərazilərindən çıxarılırdı. SSRİ-nin dağılmaqda olduğu bir vaxtda onlar öz havadarlarına və uzun müddətdən bəri hazırlaşdıqlarına güvənərək hərəkətə keçdilər. Nüfuzlu imperiyapərəst qüvvələr ermənilərə köməklərini daha da artırdılar. Lakin Azərbaycan silahlı qüvvələri düşmənin bütün cəbhələrdəki hücumlarına sinə gərə bildi.

Azərbaycan öz suverenliyinə hörmət çərçivəsində Rusiyanın münaqişəni həll etmək səylərinə də sayğı ilə yanaşdı. Azərbaycan Respublikası 1994-cü il mayın 8-də münaqişədə iştirak edən tərəflərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının niyyətini təsdiq edən Bişkek protokolunu imzaladı. 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs elan edildi. Ölkə ərazisinin 20 faizi düşmən tapdağı altına düşdü 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, müvəffəq ola bilmədi.  27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilildi.Bu döyüşlərdə Azərbaycan xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə işğaldan azad etdi və 23 oktyabrda Laçın Dəhlizinə doğru irəliləməyə başladı. Laçın Dəhlizi Qarabağdakı qondarma qurumla Ermənistanı birləşdirən yeganə böyük (digərlərinə nisbətəndaha böyük) magistral yol idi.. Magistral yola nəzarət Ermənistandan yanacaq, döyüş sursatı və hərbi möhkəmlətmə ehtiyatlarının qarşısını alacaqdı. Bu müharibə üçün  böyük bir üstünlük idi. Azərbaycan ənənəvi olaraq gün ərzində hərbi karvanların qarşısını almaq üçün artilleriya, minaatan və hətta birbaşa atəş və ya idarə olunan raketlərlə Ermənistan ordusuna zərbələr endirirdi. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Vətən müharibəsinin uğurlu nəticəsi bölgədə qüvvələr nisbətini dəyişdi, yeni reallıq yaratdı. Dünyadakı çoxsaylı münaqişələrin və müharibələrin gedişinə nəzər salsaq görərik ki, son nöqtəni güclü tərəf qoyur. Azərbaycan xalqının Qarabağ uğrunda 44 günlük  Vətən müharibəsi buna ən gözəl nümunədir Otuz il davam edən işğala, ədalələtsizlikə 44 gün ərzində son qoyuldu.

Azərbaycan Dillər Universiteti

İbadova  Fidan


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki