image-f22f51f0e4aee8d6e7145a7e6ff79c37backend

Ermənistan cəmiyyəti ciddi psixoloji dram yaşayır

image-reklam_sirab_01

Ermənistan və Azərbaycan arasında münaqişə, düşmənlik əsrlər boyu davam etmişdir və tarixi qədim zamanlara dayanır. Lakin ,Qarabağ müharibəsi bu düşmənçiliyin kəskinləşməsinin təməl səbəbi olmuşdur. “Qarabağ müharibəsi” ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
Tərəflər arasında geniş miqyaslı döyüşlər 1991-ci ildən başlamış və Qarabağın bölgəsinin işğalı ilə nəticələnmişdir. Azərbaycan Respublikasının 20% torpağı işğal edilmişdir. Lakin 26 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan növbəti dəfə Azərbaycan xalqına müraciət etmişdir. Cənab Prezidentin bu müraciəti həm daxili auditoriyaya, həm Ermənistan ictimayyətinə, həm də beynəlxalq ictimayətə ünvanlanıb. Prezident daxili auditoriyanı həm XX əsrin əvvəllərinin, həmdə 1988-ci ildən sonrakı dövründə buraxılmış səhvlər haqqında məlumatlandırır, beynəlxalq ictimayyəti əsl həqiqətlərlə maraqlanmağa məcbur edir. Ermənistan ictimayyətini isə miflərdən xilas edib tarixi, hüquqi və Şanlı Ordumuzun yaratdığı reallıqları qəbul etməyə çağırır.
Cənab Prezident xalqa müraciətində demişdir: İknci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir. Azərbaycan Ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli düşünülmüş, müdrik siyasət nəticəsində Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilmişdir. Keçən dövür ərzində sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi ölkəmizdə ordu quruculuğunda da yüksək nəticələr əldə olunmuşdur. Cənab Prezident, Ali Baş Komandan İlham əliyevin xüsusi diqqət və qayğısı nəticəsində və son illərdə həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Qafqazın ən güclü ordusuna çevrilmiş və öz hərbi potensialına görə dünyanın ən güclü 50 ordusu sırasındadır. Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılmış və bunun nəticəsində hazırda Azərbaycan Ordusunun müxtəlif hərbi sursatlara olan təlabatının müəyyən hissəsi öz müəssisələrimiz tərəfindən ödənilir.
Erməni xalqının ciddi psixoloji problemləri olduğunu vəhşicəsinə törədilmiş “Xocalı soyqrım”-ında görə bilərik. Körpə,yaşlı,hamilə qadın demədən insanların diri-diri dərilərini soyur, hamilə qadınların bətnlərindən körpələrini çıxarır, gözləri önündə öldürülməsindən görə bilərik.
Ermənilər işğal olunmuş torpaqlarımızda məscidlərimizdə haram heyvanlar saxlayırdılar. Eyni zamanda ermənilər torpaqlarımızı işğal altında saxladıqları müddətdə 64 məscidimizi məhv ediblər. Beləliklə də, onlar təkcə xalqımıza qarşı deyil, dini abidələrimizə qarşı da vandallıq törədiblər. Onlar həmçinin, din xadimlərinin ifriralaralar atırdılar.
Azərbaycanın işğal olunan ərazilərində xidmət edən Ermənistan ordusunun əsgərləri ciddi psixoloji gərginlik içərisində idilər. Çünki onlar bilirdilər ki, işğal olunmuş ərazilərimizdə xidmət edirlər.
Ermənistan cəmiyyətini, ailələrini, analarını narahat edən məsələ övladlarının məcburi surətdə Dağlıq Qarabağa göndərilməsidir. Onlar övladlarının Qarabağa göndərilməsini istəmirlər. Ermənistan cəmiyyəti ölkə rəhbərliyindən tələb edir ki, bizim gənclər Qarabağda yox, Ermənistanda xidmət etsinlər, öz torpaqlarını qorusunlar. Qonşu dövlətin işğal olunmuş ərazisində xidmət etməsinlər.

“Ermənistan ictimaiyyətinin narahatlığı, narazılığı orduda, təmas xəttindəki bölmələrdə də əks-sədasını tapır. Ermənistan ordusundakı qanunsuzluqlar, özbaşınalıqlar hərbçilər arasında itkilərə səbəb olur. Bu itkilər əksər hallarda təmas xəttində deyil, qeyri-döyüş şəraitində baş verir. Nizamnamədən kənar münasibətlər səbəbindən düşmən ordusunda ölüm halları, intiharlar daim artır. Bunlar hamısı onu göstərir ki, Azərbaycan Ordusu mənəvi-psixoloji cəhətdən də düşməndən qat-qat güclüdür. Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinin mənəvi-psixoloji durumu çox güclü və yüksəkdir”, – bu sözləri polkovnik Şair Ramaldanov vurğulayıb.

Müharibə məğlub tərəf olan Ermənistan xalqının bu günkü vəziyyətləri üçün dram içərisindədirlər. Çünki onlar məğlub olmaqla yanaşı, iqtisadi cəhətdən də böyük itki yaşadılar. Bu gün ölkədə işsizliq sayı kifayət qədərdir. Eyni zamanda ölkə rəhbərlərin müharibənin gedişində və gedişindən sonra onlara yalan vədlər verməsi demək olar ki, onlara qarşı inamsızlıq yaradıb. Bunların nəticəsində deyə bilərik ki, Ermənistan cəmiyyəti ciddi psixoloji dram yaşayır.

 

Oruczadə Ələviyyə,
Azərbaycan Dillər Universiteti,

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki