image-620dc518-c870-4605-8b22-19bd0ce7cb43backend

Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir

image-reklam_sirab_01

Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir;

 

 

1992-ci ildə ATƏT Belarusun paytaxtı Minsk şəhərində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı 11 ölkədən ibarət sülh konfransı keçirmək üçün qrup yaratdı. Həmin qrup sonradan Minsk Qrupu adlandırıldı. 1997-ci ildə Minsk Qrupuna 3 ölkə həmsədrlik etdi. Ancaq hazırda ATƏT- in Minsk Qrupu formal olaraq mövcuddur və onun fəaliyyətsizliyi nəticəsində nələrin baş verdiyini bilirik.

Dağlıq Qarabağ probleminin dinc yolla həll edilməsinə kömək məqsədilə yaradılan Minsk Qrupu bu illər ərzində heç bir addım atmadı. Yenə də erməni vandalizmi davam etdi. Təcavüzkara qarşı heç bir təzyiq olmadı, dünya birliyi, xüsusilə münaqişənin nizama salınması üçün yaradılan ATƏT-in Minsk qrupu Ermənistanın yürütdüyü faşist ideologiyasına və Azərbaycana qarşı etnik təmizləmə siyasətinə seyirci kimi yanaşdı. ATƏT Minsk Qrupu münaqişənin həllində heç bir rol oynamadı və Ermənistanı Azərbaycan ərazilərindən çıxmağa vadar edə bilmədi. Minsk qrupunun illərdir etməli olduğu reallığı isə ordumuz 44 gün ərzində həyata keçirdi. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan, eləcə də bəzi beynəlxalq güclər zaman keçdikcə millətin bu işğalla barışacağını düşünür, fəaliyyətsiz mövqe sərgiləyirdilər. Vətən müharibəsi onların yanlış təsəvvürdə olduqlarını bütün dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyev də dəfələrlə Minsk qrupunun fəaliyyətsizliyini və 28 ildə heç bir əməli iş görmədiyini açıq-aşkar bəyan edib. Siyasi ekspertlər hesab edir ki, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi.

Ölkə prezidentinin bildirdiyi kimi, 44 günlük müharibə göstərdi ki, Minsk Qrupuna ehtiyac yoxdur, biz özümüz onların fəaliyyətini reallığa çeviririk.

Bu gün ATƏT-in Minsk Qrupunun fəaliyyətinə problemin həlli üçün artıq ehtiyac yoxdur. Onun yenidən bərpası ancaq Ermənistan tərəfinin istəyidir. Onlar keçmişdə qalan Dağlıq Qarabağ probleminin mövcudluğunu yada salmaq Azərbaycanın ərazisində ancaq ermənilərdən ibarət ərazi yaratmaq istəyindədirlər. Amma bunlar baş verən deyil. Azərbaycan öz ərazi bütövlüyünü, suveren hüquqlarını bərpa edib. Ermənilərə də bütün vətəndaşlar kimi bərabər hüquqlar tanıyır. Görünür, onların boş səfərləri bu illər ərzində Ermənistana sərf edib. Azərbaycan üçün isə belə deyil. İllərlə kağız üzərində qalan sənədi özü icra edərək ərazi bütövlüyünü bərpa edən Azərbaycan üçün onların fəaliyyəti çoxdan bitib.

İkinci Qarabağ müharibəsində Zəfərimiz Azərbaycanın qarşısında böyük imkanlar açıb. Bundan sonra da bütün istiqamətlərdə böyük inkişaf qaçılmazdır.

 

Bakı Musiqi Akademiyası

Özləm Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki