image-fb_img_1655883292455backend

Farslar İslam dinin məcburən qəbul ediblər-Zaur Əliyev YAZIR

image-reklam_sirab_01

image-screenshot_20220622-113955_facebook

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru, araşdırmaçı, dosent

Bir çox, xüsusən dindar dostlarım İran əleyihnə olmağımın səbəbini soruşurlar. İndi Sizlərə bunu tarixi-siyasi-dini-elmi-mədəni izahını verəcəm

İRANI SEVMƏMƏYİMİN 7 ƏSAS SƏBƏBİ

Mən İranı niyə sevmirəm? Bunun bir neçə səbəbi var və bunları ardıcıl olaraq Sizlərlə bölüşüm:

SƏBƏB 1- Mən İran adlı dövlət tanımıram. Tarixdə də belə bir dövlət olmayıb və bu gün İslamı özünə qalxan edən farslar tarixdə olduğu kimi din pərdəsi altında öz məkrli siyasətlərin yerinə yetirirlər. Tarixdən məlumdur ki, farslar İslam dini məcburən qəbul ediblər və onların bu gün İrandakı qurduqları hakim ideologiya ancaq onların maraqlarının təmin edilməsinə yönəlib. Ancaq İranın hakim qüvvəsi olan islam inqilabçılarının fəaliyyətlərinə baxanda görürük ki, onların fəaliyyətləri əslində İslam dininin fəlsəfəsi ilə ziddiyyət təşkil edib. Və bu gün də bu proses davam edir. İslamın Şiəlik məzhəbi əslində haqqın, ədalətin müdafiəsinə qalxan bir təlimdir. Amma biz görürük ki, İranda şiəlik adı altında qaranlıq, qeyri-insani bir mühit yaradılıb. Həmçinin, şiəçilik bu ölkədə bir etnik kəsimin – farsların şovinist ideyalarının həyata keçirilməsində vasitəyə çevrilib. Farslar islam dininin yayılmasında heç vaxt iştirak etməyib. Türklərdən fərqli olaraq, islamı daha çox zor gücünə qəbul ediblər. Onların apardıqları müharibələr də xristianlara və ya kafirlərə qarşı olmayıb. Onlar hər zaman müsəlmanlara qarşı vuruşublar.

SƏBƏB 2: Tarixin danılmaz sübutları var ki, Pars, Peres kimi tanınan bu azlıq dönüb “fars” olmuşlar. İndi də də özlərini daha çox “irani, iranilər” adlandıran parslar miladdan qabaq IX-VIII yüzillərdə Hind çayının aşağı hövzəsindən – qədim ata-baba yurdlarından axın-axın köç edərək Elam dövlətinin torpaqlarında yerləşmişlər. Hindistan kökənli farslar türkdilli elamların himayəsinə sığınaraq Ümman dənizi sahillərində, Bəsrə körfəzinin quzeyində məskunlaşaraq buralarda özlərinə yeni vətən qazandılar. Pars adlanan azsaylı xalqın heç bir zaman dövlət yaratmamışlar. Onlar eyni kökdən olan haylar kimi hər hansısa bir dövlətin tərkibində zaman-zaman o dövlətin idarəçiliyinə soxulmuş, müəyyən mövqeləri ələ keçirmiş, fürsət gözləmişlər. Həmin dövlətə hər hansı bir uğursuzluq baş verəndə, ya da xarici və daxili səbəblərdən tənəzzülə uğradıqda farslar xəyanət edərək dövlət çevrilişində iştirak etmiş, sadəcə çarpışan qüvvələr arasında xarici qüvvələrdən dəstək alaraq hakimiyyəti ələ keçirmişlər. “İran” bir coğrafi anlayışdırmı? Yox! Əgər coğrafi anlayışdırsa hansı yerləri,
torpaqları əhatə edir sualına cavab axtarsaq ancaq bir cavab ala bilərik-HEÇ BİR ƏRAZİNİN- “İran” dövlət anlayışı deyil- xəyalı bir qatışıq, gerçək anlayışa gəlməyən bir
ifadədir.
SƏBƏB 3: İranda Azərbaycan Respublikasının dövlət müstəqilliyinə birmənalı münasibət heç bir zaman mövcud olmayıb. Azərbaycanın dövlət müstəqilliyinə təhlükə kimi baxan İranın rəsmi dairələri onu XX əsrin 90-ci illərində tanımaqda çətinlik çəkirdilər. Bir çox dünya dövlətlərinin Azərbaycanın dövlət müstəqilliyini artıq tanımalarına baxmayaraq, İran hələ də tərəddüd edirdi. İran Xarici İşlər Naziri Ə.Ə.Vilayəti 1991-ci ilin noyabrında Moskvaya səfəri zamanı «Moskvanın səsi» radiostansiyasına verdiyi müsahibəsində birmənalı şəkildə bildirmişdi: «Biz Azərbaycanın müstəqilliyini tanımaq niyyətində deyilik. Bu respublika ilə münasibətlərimiz Sovet İttifaqı çərçivəsində inkişaf etdiriləcəkdir». Sonrakı danışıqlarda da İran belə iddialarından əl çəkmir, cənub qonşumuzun 1990-1991-ci illərdəki siyasəti də mahiyyətcə 1918-1920-ci illərdəkindən fərqlənmirdi. Lakin nə 20-ci illərdə, nə də 90-cı illərdə İran öz istəyinə çata bilmədi və Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımağa məcbur oldu. Tərəddüdlərdən sonra 1991-ci il dekabrın 25-də İran ABŞ-la eyni gündə Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıdı və 1992-ci il martın 12-də respublikamız ilə diplomatik əlaqələr quruldu. Buna baxmayaraq İran kəşfiyyatı 1990-cı illərin ortalarında Azərbaycanda çox fəal idi. Bakıda, Lənkəranda, Astarada və daha haralarda tutulanların sayı-hesabı yox idi. İş o yerə çatmışdı ki, İran kəşfiyyatı Azərbaycanda bütöv bir partiyanı (İslam Partiyası) təsiri altına keçirməyə müvəffəq olmuşdu. Milli Təhlükəsizlik Nazirliyinin o illər fəaliyyətinin əksər hissəsi İran kəşfiyyatının Azərbaycandakı fəaliyyətini neytrallaşdırmağa yönəlmişdi desək, yanılmarıq. Buna bir son qoyulmalı idi. 2000-ci ildə iki ölkənin təhlükəsizlik idarələri arasında bir anlaşma imzalandı. Anlaşmanın ana maddəsi iki ölkənin bir-birinə qarşı kəşfiyyat işi aparmamasıyla bağlı idi-lakin İran yenə də bu işindən al çəkmir və onun çaqqalrı Azərbaycan dövlətinin müstəqilliyin təhlükə altına almaq üçün imkanlar axtarırlar.
SƏBƏB 4: İran Azərbaycanın müstəqilliyinə qarşı münasibətini daha açıq şəkildə Azərbaycan-Hayastan münasibətləri çərçivəsində ortaya qoyur. Öz sərhədləri içində 35 milyon Azərbaycan türkünün yaşamasına və Azərbaycanla din və məzhəb birliyinə baxmayaraq, fars-molla rejimi Hayastanı müdafiə etməkdədir. Hayastan tərəfindən Azərbaycan torpaqlarının işğal olunmasında və bu işğalın nəticələrinin qorunub-saxlana bilməsində İranın bu ölkəyə göstərdiyi birbaşa siyasi, iqtisadi və hərbi yardımlar mühüm rol oynayıb. Bu yardımlar olmasaydı, Hayastan Azərbaycan torpaqlarını işğal altında saxlaya bilməzdi. 44 günlük Zəfər müharibəsi dövründə də biz bunu gördük, bildik.
SƏBƏB 5: Fars mollaları azərbaycanlıların vahid bir xalq olmadığını, onların fars olduğunu iddia etməklə kifayətlənmir, həm də Güney Azərbaycan türklərini “ən xalis iranlı (fars) etnoslardan biri” sayır. Guya Şimali və Cənubi azərbaycanlıların dil və mədəni yaxınlığı olduğuna görə güneylilər quzeylilərə “yaxınlıq və dostluq” hissi bəsləyir. İranın rəsmi ideologiyasında bu özünü bir daha göstərir: Hər vəchlə Güney Azərbaycan türklərində Azərbaycan Respublikası haqqında mənfi və dolaşıq rəy yaratmaq. Bütöv Azərbaycan ideyasına, Güney Azərbaycan türklərinin haqları uğrunda mübarizəsinə, müstəqil dövlətlərini qurmaq arzularına kölgə salmaq. Fars müəllifi Güney Azərbaycanın İranın hakimiyyəti altında olduğunu vurğulayaraq, Azərbaycandan öz tarixi, mədəniyyəti və s. məsələlərdən danışarkən Araz çayından cənubda yerləşən əraziləri və əhalini nəzərə almamağı tələb edir.
SƏBƏB 6: Qarabağda baş verən birinci müharibədə İranın birbaşa müdaxiləsi nəticəsində Şuşanın işğal olunması, Ağdam, Füzuli və digər rayonlarında talançılıq sayəsində haylara kömək eləməsidir digər nifrətimin səbəbi. Xankəndində Azərbaycan qızlarını zorlayan, Tehranda əsir uşaqların orqanlarının çıxarılmasından pullar qazanan farslar onun ayaqların altına düşərək namusuna toxunmamasını yalvaran azərbaycan qadını təpiklər altına salmasını necə yaddan çıxartmaq olar.
SƏBƏB 7: 35 milyondan çox azərbaycan türkünün əsrlərdir Ana dilində təhsil alması yasqalanıb. İran Konustitutsiyasının 15 və 19 – cu maddələri qəbul etməklə orada “gərək” kəlməsi ilə türk dilini ayaqlar altına alır və bu dildə danışmağı qadağan edir. Bununla bizim millətinin dilində danışmasını təhlükə sayır. Hay və digərlərinin məktəbləri olmasına baxmayaraq 35 milyondan çox türkün bir məktəbi belə yoxdur. Belə olan halda İran hansı insan azadlığından danışa bilər. Bu hələ yetmirmiş kimi, ana dilimizə fars sözlərin calaq etməklə güney və quzey arasında ünsiyyət qurmaqda problemlər yaratmağa çalışır. Fars şovinzmi 200 ildən artıq bir dövrdə İran azərbaycanlılarının dilini unutdurmağa, mədəniyyətini sıradan çıxarmaq istəyir.

Budur mənim İran adlanan dövləti sevməməyimin əsas səbəbləri. İran adlı dövlət mütləq dağılmalıdır. Bunu XXI əsr tələb edir. Azadlıq əsri tələb edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki