image-6ad02395-95b1-4431-a5e1-46baacef95e6backend

Gəncədə keçmiş məhkumdan 25 kq narkotik götürüldü

image-reklam_sirab_01

Gəncədə küllü miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsmayılov saxlanılıb.

Veteninfo.az xəbər verir ki, şəxsi axtarış zamanı onda marixuana aşkar edilib.

Davam etdirilən tədbirlər nəticəsində ona narkotik vasitəni satmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Namazov da saxlanılıb. Şəxsi axtarış zamanı ondan 85 qramdan artıq marixuana, yaşadığı evdən isə 24 kiloqram 930 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki