image-67f4efe6-d194-3404-bfa3-506ea05f4a08_850backend

Horadizdə dəmir yolu stansiyasında silah-sursat tapıldı

image-reklam_sirab_01

Füzuli rayonunun Horadiz qəsəbəsində dəmir yolu stansiyası ərazisində silah-sursat aşkarlanıb.

Bu barədə Veteninfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşların Horadiz dəmir yolu stansiyası ərazisindən 2 ədəd qumbara, 1 ədəd qumbaraatan mərmisi, 1 ədəd “AK-74” markalı avtomat silahı, 1496 müxtəlif çaplı patron, 1 ədəd “R-392” markalı radiostansiya, 2 ədəd qumbara alışdırıcısı və 3 ədəd patron darağı tapılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki