image-1672128817_ilhameliyev_557-1521181205backend

İlham Əliyevə Rusiyada qızıl üzük hədiyyə edilib

image-reklam_sirab_01

Müstəqil Dövlətlər Birliyinin (MDB) Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində iştirak edən dövlət başçılarına qızıl üzük hədiyyə edilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev də daxil olmaqla, 9 MDB ölkəsinin liderinə üzük təqdim olunub.

Məlumata görə, MDB ölkələrinin liderlərinə hədiyyə edilən üzüklər Yeni il münasibətilə hazırlanıb.

Qeyd edək ki, ötən gün Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi olaraq Yeni il ərəfəsində qeyri-rəsmi sammitə toplaşıblar.

    image-reklam_opel_02

    • whatsapp
    • messenger
    • telegram
    • vkontakte
    • odnoklassniki