image-baki-sefirlikbackend

İrandakı Azərbaycan səfirliyinə edilən terrora bir neçə istiqamətdən baxış…

image-reklam_sirab_01
Yaxudda, Azərbaycanın hərbi gücünün artması İranı niyə narahat edir?
Azərbaycanın bölgədə hərbi gücü və üstünlüyü artdıqca, ölkəmizə münasibətin dəyişəcəyi bəlli idi. Bu dəyişiklik özünü çox gözlətmədi. 2020-ci ildə Vətən Müharibəsindən qalib çıxdıqdan, hərbi-siyasi iradə nümayiş etdirdikdən sonra Azərbaycana olan təzyiq və təhdidlərin sayı artmağa başladı. Bu təzyiqlər iki istiqamətdə həyata keçirilməyə başladı.
1. Diplomatik – siyasi müstəvidə rəsmi danışıqlar formastında;
2. Açıq təhdid, hədə və hərbi ritorika müstəvisində;
Son 1 (bir) ildə biz bu təzyiqlərin 2-ci istiqamətdə daha artığının şahidi olmağa başladıq. Artıq 2022-ci ildə bir-birinin ardınca Azərbaycanın xaricdəki səfirliklərinə həyata keçirilən hücumlar bizə bunu deməyə əsas verir.
Prosesin ən narahatedici mərhələsi isə İran tərəfindən həyata keçirilən açıq təhdid, hədə və hərbi ritorika oldu. 2022-ci ilin əvvəllərindən başlayaraq, İran rəsmi və qeyri-rəsmi şəkildə Azərbaycanın dövlət müstəqilliyinə, ərazi bütövlüyünə qarşı təhdidedici tədbirlər keçirməyə başladı. İran bu porosesi bir neçə istiqamətdə həyata keçirməyə başladı.
1. İranda gizlənən, dini-məzhəbi cərayanın təbliğatçıları olan və Azərbaycanda dünyəvi dövlət sisteminə qarşı çıxaraq, “Kərimə dövləti” adlı qondarma bir ideyanı təşviq edən şəxsləri təşkilatlandırıb, rəsmi Bakıya qarşı istifadə etməklə;
2. Azərbaycanla sərhəddə İran ordusunun uzunmüddətli təlimlərini keçməklə ölkəmizi hərbi ritorika ilə hədələməklə;
3. İran xalqını yerli ictimai-siyasi təşkilatlar və media vasitəsilə anti-Azərbaycan mövqeyinə kökləməklə;
Artıq İranın Azərbaycana qarşı bu təhdid mexanizmi 4-cü istiqamətə, yəni daha gərgin müstəviyə keçdi. Təbii ki, bu vəziyyət Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumun həyata keçirilməsi və diplomatlarımızdan Orxan Əsgərovun həlak olması ilə daha da gərginləşəcək. Bu hadisədə istənilən halda məəsuliyyət daşıyan tərəfin İran dövləti olması şübhəsizdir. Yəni bu terrorda 3-cü ölkənin “barmağı”nın olması belə artıq əhəmiyyət daşımır. Çünki səfirlik diplomatik missiya olaraq mühafizə olunmalı, əməkdaşlarının təhlükəsizliyi təmin edilməliydi.
İran bu terror hadisəsinin cavabını verməlidir. Bu ölkədə fəaliyyət göstərən səfirliklərimizin mühafizəsi, diplomatlarımızın təhlükəsizliyi təmin olunmalıdır. Əks təqdirdə Azərbaycana qarşı açıq təhdidin höküm sürdüyü İranla diplomatik münasibətlərin mövcudluğu sual altında ola bilər. Yaxudda, münasibətlər başqa məcraya yönələr.
Ramil Məmmədli
Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki