NATO üzv ölkələrinin müdafiə nazirləri Rusiya təyyarələrinin alyansın hava məkanını pozmasına qarşı vahid və operativ reaksiya mexanizminin yaradılmasını müzakirə edəcəklər. Vətəninfo.az xəbər verir ki, bu barədə The Telegraph xəbər yayıb.
Müzakirələr zamanı mümkün hədəflər kimi raket daşıyan təyyarələr nəzərdən keçirilir. Təhlükənin səviyyəsi təyyarənin silah tipi və uçuş trayektoriyası əsasında qiymətləndiriləcək. NATO liderləri, o cümlədən ABŞ Prezidenti Donald Tramp, hava məkanının pozulmasına qarşı sərt cavab ideyasını dəstəkləyir. Bu cavab, Rusiyanın hava məkanını pozan təyyarələrinin vurulmasını da əhatə edə bilər.
ABŞ-ın Ali Komandanı Aleksus Qrinkevich alyans daxilində vahid inteqrasiya olunmuş hava və raket müdafiə sisteminin yaradılmasını təklif edib. Onun fikrincə, bu, Moskva tərəfindən potensial təhlükələrə operativ cavab verməyə imkan yaradacaq və hazırda qüvvələrin istifadə imkanını məhdudlaşdıran milli məhdudiyyətləri aradan qaldıracaq.
Hazırda NATO ölkələrində silahın istifadəsi ilə bağlı qaydalar fərqlidir. Bəzi ölkələr hədəfi vizual olaraq təsdiq etmədən atəş açmaq icazəsi vermir, digərləri isə radar məlumatına əsaslanaraq hərəkət edə bilər. NATO-nun yüksək vəzifəli rəsmisi bildirib ki, vahid inteqrasiya olunmuş PVO və raket müdafiəsi sistemi yaratmaq üçün bu milli məhdudiyyətlərin yenidən nəzərdən keçirilməsi vacibdir.
Müzakirələr çərçivəsində Brüsseldə keçiriləcək toplantıda 32 NATO üzv ölkəsinin müdafiə nazirləri hava hücumlarına qarşı tədbirlərin gücləndirilməsini və ali hərbi komandanlığın səlahiyyətlərini müzakirə edəcəklər. Son həftələrdə Belçika, Almaniya, Danimarka və Norveç hava məkanında naməlum dronlar aşkar edilib, Rumıniya üzərində uçuşlar qeydə alınıb, Polşada isə dronlar vurulub. Həmçinin, Estoniya hava məkanında 12 dəqiqə qalan rus MiQ-31 təyyarələrini də NATO təyyarələri qarşılayıb.