image-reklam-veteninfo
image-1backend

DÇ-2026: 28 ölkə artıq final mərhələsinə vəsiqə qazanıb

image-reklam-veteninfo

2026-cı il futbol üzrə dünya çempionatının final mərhələsinə çıxan komandaların sayı artıq 28-ə çatıb.

Turnirin təşkilatçı ölkələri olan ABŞ, Kanada və Meksika milli komandaları yarışda mübarizə aparmadan – avtomatik şəkildə – iştirak hüququ əldə ediblər.

Bununla yanaşı, aşağıdakı yığmalar da mundialın final mərhələsinə vəsiqə qazanıblar:
İngiltərə, Argentina, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Seneqal, Fil Dişi Sahili, Cənubi Afrika Respublikası, Yaponiya, Cənubi Koreya, İran, Özbəkistan, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər, Avstraliya və Yeni Zelandiya.

Qeyd edək ki, DÇ-2026 tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək. Yığmalar 12 qrupda mübarizə aparacaqlar, pley-off mərhələsi isə 1/16 finaldan başlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki