image-346f349d-6b82-4c86-89cb-74ca1f47060dbackend

Kadr hazırlığı çox vacib məsələdir

image-reklam_sirab_01

 

Yüksək səviyyədə inkişaf etmiş ölkələrin rəqabətlilik indeksi üzrə üstünlüyü başlıca olaraq təhsilin səviyyəsi ilə müəyyənləşən insan potensialının inkişafı ilə birbaşa bağlıdır. Hazırda ölkəmizin bütün sahələrində olduğu kimi, təhsil sahəsində də sürətli dəyişikliklər baş verir. Azərbaycanın vahid Avropa ali təhsil məkanına inteqrasiyası, bir tərəfdən, tədris-təhsil modellərinin müasir tələblərə uyğunlaşdırılması, digər tərəfdən isə, Azərbaycanın formalaşmış ənənəvi təhsil sisteminin etik-mədəni özünəməxsusluğunun saxlanmasını bir zərurət kimi irəli sürür. Bu məqsədlə təhsil sisteminin bütün sahələrində vəziyyətin təhlili, mühüm faktorların nəzərə alınması qloballaşma proseslərinin intensivləşdiyi şəraitdə Azərbaycanın ali təhsil sisteminin modernləşdirilməsinin əsas təməli oldu.

 

Son illərdə Azərbaycanda kadr hazırlığı mövzusunda həm ali təhsil ocaqları, həm də işə götürən tərəf olan şirkətlər və dövlət qurumları tərəfindən ciddi addımlar atılmağa başlanıb.

Ali təhsil ocaqlarında peşə və sahəvi nəzəri bilikləri alan gənclərə dərs demək üçün artıq iş dünyasından real və praktiki təcrübəsi olan insanlar cəlb edilməyə başlanıb və bu da çox təbii formada gənclərin iş həyatına daha hazır olmasına dəstək olmaqdadır.

Uzun fasilədən sonra nəhayət  kadr hazırlığı üçün xarici aparıcı ali məktəblərdə Azərbaycan gənclərinin dövlət xətti ilə təhsil alması proqramı yenidən işə salınıb. Məlum məsələdir ki, azərbaycanlı gənclərin xaricdə təhsil alması üçün əsas maneələrindən biri maddi çatışmazlıqlardır. Bu cür çətinliklərin üstəsindən gəlmək üçün mümkün yollardan biri xarici hökumətlər və universitetlər tərəfindən təklif edilən təqaüd proqramlarının imkanlarından yararlanmaqdır. Əlavə olaraq, Azərbaycan hökuməti tərəfindən təsis edilmiş xaricdə təhsil üzrə dövlət proqramı da gənclərin xaricdə təhsil alması üçün gərəkli maliyyə yardımı almasının təminatçısıdır. Hazırda ali təhsilin maliyyələşdirilməsi aktiv olaraq 2019-2023-cü illər üçün nəzərdə tutulmuş proqram əsasında həyata keçirilir.

2019-2023-cü illər üçün nəzərdə tutulan xaricdə təhsil üzrə dövlət proqramı əsas 2 istiqaməti əhatə edir:

 

1.Azərbaycan və dünyanın ali təhsil müəssisələri arasında ikili diplom üzrə əməkdaşlıq proqramlarının yaradılması;

 

2.Xaricdə doktorantura təhsil pilləsi üzrə tələbələrin maliyyələşdirilməsi.

 

Bəli, artıq xaricdə təhsil üzrə dövlət proqrami daha çox elmi tədqiqat işlərinə töhfə verən milli kadrların yetişdirilməsinə fokuslanıb. Bundan əlavə, yeni proqramın spesifik tərəfi ondan ibarətdir ki, namizədlərin qəbul olduqları ali təhsil müəssisələri dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmalıdır. Universitetin dünya reytinq sıralamasındakı yerini müəyyənləşdirmək üçün 2 əsas siyahıya istinad oluna bilər:

 

Times Higher Education (THE) World University Rankings”;

 

“Academic Ranking of World Universities (Shanghai)”.

 

Təkcə 2007-2015-ci illər üçün nəzərdə tutulmuş dövlət proqramı çərçivəsində 3558 təqaüd təmin edilmişdi. Proqram həm bakalavr, həm magistratura və reziderantura, eyni zamanda, doktorantura pilləsindəki tələbələrin təhsillərinin maliyyələşdirilməsini nəzərdə tutmuşdu. Məhz həmin illərdə ayrılan təqaüdlər sayəsində, azərbaycanlı tələbələr dünyanın 32 müxtəlif ölkəsində yerləşən universitetlərdən xaricdə təhsil üzrə dövlət proqramının dəstəyi ilə məzun oldu.

 

Nəzərdə tutulan müddətdə minlərlə gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsillərini davam etdirməsi, əldə etdikləri təcrübəni ölkəmizin daha da inkişafına, tərəqqisinə yönəltmələri təbii ki, müsbət hal kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə edir: “Ümid edirəm ki, onların böyük əksəriyyəti Vətənə qayıdacaq və öz biliklərini Vətənin inkişafına sərf edəcəklər.”

Vacib məqamlardan biridə budur ki,əsas kadr hazırlığı ölkə daxilində həll olunmalıdır.Peşəkar kadrların hazırlanması nəinki təhsil sahəsində, yaxud da ki, hansısa ayrı bir neft-qaz sahəsində, ümumiyyətlə ölkə qarşısında duran ən vacib problemlərdən biridir və biz bütün sahələrdə buna nail olmalıyıq.

 

                                    Nəsimi Rayon sakini Ağayeva Nuridə

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki