image-1641905241-403695567backend

Kəlbəcərdə şəhid olan MAXE-nin bacısı İNTİHAR EDİBMİŞ

image-reklam_sirab_01

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

“Unikal”ın əldə etdiyi məlumata görə,  A.Nəzərov 1998-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya gəlib. O, subay olub.

Şəhidimizin qardaşı və anası var. Bacısı dünyasını dəyişib. Belə ki, A.Nəzərovun bacısı ailə həyatı qurduqdan bir neçə gün sonra özünü körpüdən ataraq intihar edib. Həmin hadisə 3 il öncə baş verib. İntihara səbəb isə ailə münaqişəsi olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki