image-1633509152_220950969_1309409839473618_3448243737501565617_nbackend

Mahir Xəttaba hökm oxundu

image-reklam_sirab_01

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Veteninfo.az xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Mahir Ələkbərovun vəkili Araz Nurməmmədov müdafiə çıxışı edib. Vəkil Mahir Ələkbərovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Mahir Ələkbərov son söz deyib. Prosesdə hökm elan edilib.

Məhkəmənin hökmü ilə Mahir Ələkbərov 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror onun 4 il müddətinə azadlıqdan mərhum edilməsini istəmişdi.

Rəsmi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri “Azadinfo.az” xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan materiallar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki