image-1671705009_74853_63a2ec62528d7backend

Naxçıvan Ali Məclisi buraxılacaq? – Konstitusiya Məhkəməsində baxıla bilər 

image-reklam_sirab_01

27 il Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri işləyən Vasif Talıbov dünən istefa verib. Bəzi iddialara görə, tezliklə Naxçıvanın MR-in idarəetməsilə bağlı yeniliklərin şahidi ola bilərik. Hətta Naxçıvanın muxtar respublika statusunun ləğvi məsələsindən danışılır.

Bəzi iddialara görə isə Naxçıvan MR Ali Məclisi də buraxıla bilər.

“Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev bununla bağlı Modern.az-a deyib ki, Naxçıvan MR Ali Məclisinin buraxılması sadə məsələ deyil. Onun sözlərinə görə, həm Azərbaycan Respublikasının, həm də Naxçıvan MR-in Konstitusiyasında Ali Məclisin buraxılması ilə bağlı prosedur qeyd olunmayıb.

Hüquqşünas bunu Konistitusiyada olan boşluqlardan biri adlandırıb:

“Ümid edirəm ki, Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək. Bu zaman sözügedən məsələ də öz həllini tapmalıdır. Ancaq hüququn məntiqindən çıxış etsək, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının qanunvericiliyinə zidd qərarlar qəbul edirsə, Ali Məclisin buraxılıması məsələsi Konstitusiya Məhkəməsinə çıxarıla bilər. Konstitusiya Məhkəməsinin şərhindən sonra da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin buraxılması məsələsinı baxıla bilər”.

Əliməmməd Nuriyev Naxçıvan MR-in statusunun ləğvi məsələsinə də toxunub:

“Naxçıvan Muxtar Respublikasının statusu məsələsi “Qars müqaviləsi” ilə tənzimlənir. “Qars müqaviləsi”  beynəlxalq çəkisi olan sənəddir. Bu baxımdan müqavilənin şərtlərinə əməl edilməlidir. Ümumilikdə, Naxçıvanın muxtariyyət məsələsinin yaxın vaxtlarda müzakirə ediləcəyini açığı gözləmirəm”.

Hüquqşünas onu da vurğulayıb ki, Azərbaycan Respublikasının yurisdiksiyası Naxçıvan Muxtar Respublikasında bərpa edilməlidir:

“Azərbaycan Respublikasının Konstitusiyasına görə, Naxçıvan Muxtar Respublikasının cəmi 7 səlahiyyəti var. Bu səlahiyyətlər daha çox təşkilati-prosedur xarakteri daşıyır. Naxçıvan MR-in turizm, səhiyyə, təhsil kimi sahələrdə səlahiyyətləri var. Hesab edirəm ki, Naxçıvan Muxtar Respublikası yalnız bu səlahiyyətlərə uyğun fəaliyyət göstərməlidir. Naxçıvan Muxtar Respublikası Azərbaycanın yurisdiksiyasına qaytarılmalıdır. Çünki Naxçıvanda baş verən bir sıra məsələlər elə təəssürat yaradır ki, sanki muxtar respublika Azərbaycan Respublikasının yurisdiksiyasınadan kənardadır. Bununla bağlı olaraq Naxçıvan MR-in Konstitusiyasına da müvafiq dəyişiklik edilməlidir. Eyni zamanda, Nazirlər Kabinetinin təşkili məsələləri öz həllini tapmalıdır”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki