İrəvan Ermənistandakı 102-ci Rusiya hərbi bazasının mövcudluğunu həyati əhəmiyyət kəsb etmir, lakin Paşinyan onun çıxarılması məsələsini qaldırmayıb.
“Baza ilə bağlı heç bir müzakirə aparılmayıb. Əvvəllər baza məsələsini qaldırmamışıq… Əgər Rusiya bazanı çıxarmaq qərarına gələrsə, biz etiraz etməyəcəyik. Əgər onu saxlamaq qərarına gələrsə, biz də bunu müzakirə etməyə hazırıq”, – deyə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.
Xatırladaq ki, Putin “əgər Ermənistan Gümrüdəki Rusiya bazasına ehtiyac duymadığını düşünürsə, biz hətta sabah da oradan çıxacağıq” demişdi.


























