İran prezidenti Məsud Pezeşkian ölkəsinə qarşı təhdidlərə münasibət bildirib və hakimiyyətin xalqın dəstəyinə arxalandığını bəyan edib.
Vətəninfo.az xəbər verir ki, Pezeşkian bu gün çıxışı zamanı xalqın hakimiyyətə dəstəyinin ölkənin qarşılaşdığı təhdidlərin dəf edilməsində mühüm rol oynadığını vurğulayıb.
Onun sözlərinə görə, xalq hakimiyyətin yanında olduğu təqdirdə heç bir xarici qüvvə öz məqsədinə nail ola bilməyəcək.
“Xalq bizimlə olsa, düşmən məni və mənim kimi minlərlə insanı öldürsə belə, yenə də heç nəyə nail ola bilməyəcək. Biz qarşı tərəfin bütün təhdidlərinin qətiyyətlə öhdəsindən gəlməyə qadirik”, – deyə İran prezidenti bildirib.


























