image-reklam-veteninfo
image-1backend

 Pezeşkianın oğlunu təhqir etməkdə ittiham olunan qadın saxlanılıb

image-reklam-veteninfo

İranda hökumətin təşkil etdiyi mitinqlərin gedişini pozmağa cəhd göstərməkdə şübhəli bilinən qadın saxlanılıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə İran Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı olan “Mizan” xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, qadın nümayişlər zamanı aksiyaların istiqamətini dəyişməyə, iştirakçıları İran İslam Respublikasına qarşı çıxmağa və hakimiyyətin devrilməsinə çağırmağa cəhd göstərməkdə ittiham olunur.

Bildirilib ki, saxlanılan şəxs nümayişlərdə düşmənlərə qarşı səsləndirilən şüarlar əvəzinə fərqli şüarlar səsləndirməklə ölkə daxilində narazılıq yaratmağa, cəmiyyətdə parçalanma və qarşıdurmanı təşviq etməyə çalışıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki