image-img-20220604-wa0045backend

Prezident İlham Əliyev: “Azərbaycan Avropanın etibarlı təbii qaz təchizatçısı kimi mövqeyini gücləndirir.”

image-reklam_sirab_01

Prezident İlham Əliyev: “Azərbaycan Avropanın etibarlı təbii qaz təchizatçısı kimi mövqeyini gücləndirir.”

Bu gün Azərbaycan dünya miqyasında digər sahələrdə olduğu kimi enerji sahəsində də etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz tərəfindən böyük enerji layihələri icra olunur, dünyanın tanınmış enerji şirkətləri ilə müqavilələr bağlanır və Azərbaycan bir sıra dünyamiqyaslı enerji tədbirlərinə ev sahibliyi edir. Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq tədbirə – Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə ev sahibliyi etməkdədir. İyun ayının 1-4-ü arasında davam edəcək Bakı Enerji Həftəsi çərçivəsində üç böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpaolunan Enerji sərgiləri və Bakı Enerji Forumu keçiriləcək.
Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Böyük Britaniyanın “ICA Group” şirkətinin İdarə Heyətinin məsləhətçisi Rassel Teylor və dünyanın enerji sahəsi üzrə tanınmış bir sıra nüfuzlu şəxsləri də iştirak ediblər.
Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın öz enerji təhlükəsizliyini tam olaraq təmin etməklə yanaşı, dünyanın bir çox ölkələrinin enerji təhlükəsizliyində böyük rol oynadığını diqqətə çatdırıb. Ölkəmizdə həyata keçirilən enerji siyasətindən və artıq bu il enerji sahəsində dünyanın iki aparıcı şirkəti ilə keçirilən təməlqoyma mərasimindən məlumat verən Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərimizin, xüsusilə də Kəlbəcər və Laçının böyük enerji potensialını xüsusi vurğulayıb.
Azərbaycan Prezidenti növbəti dəfə Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyini və bu istiqamətdə işlərin həyata keçirildiyini, investisiya ilə bağlı artıq praktiki addımların atıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Prezident İlham Əliyevin çıxışından:
“Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır.
2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı. Bir il əvvəl – 2006-cı ildə isə biz Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisinə müvəffəq olduq. Həmin vaxt və indi də, fikrimcə, o, əlamətdar hadisə idi. Bu, neftin beynəlxalq bazarlara çıxarılmasında yeni marşrut və mənbə idi. Həmin vaxtdan etibarən, Bakı–Tbilisi–Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. Bu, əlbəttə ki, proqnozlaşdırmanın, etibarlılığın və bu cür nəhəng, texniki və maliyyə baxımından çətin infrastruktur layihələrin icrasında bacarığımızın təzahürüdür. Həmçinin bu layihələr çox mürəkkəb siyasi mühitdə həyata keçirilmişdir.
Bu, regional enerji təhlükəsizliyi məsələlərinə aid olan mühüm tarixi hadisə idi. Əlbəttə ki, o, Azərbaycan ilə onun qonşuları – Türkiyə və Gürcüstan arasında regional əməkdaşlığı gücləndirdi. Bununla belə, planlarımız bundan da böyük idi. Təbii ki, biz Azərbaycanın nəhəng qaz ehtiyatlarını istifadə etmək istəyirdik və əlbəttə, bu məqsədlə bizə yeni boru kəməri lazım idi. Mən deyərdim, XXI əsrin boru kəməri – Cənub Qaz Dəhlizinə ehtiyac duyulurdu. Cənub Qaz Dəhlizin 2020-ci ilin sonuncu günündə uğurla tamamlanması ümumi iradəmizi, komanda daxilində işləmək və böyük uğurları qazanmaq bacarığımızı nümayiş etdirir. Bir çox ölkələri keçən, dənizin dibindən tutmuş uca dağ zirvələrinə qədər gedən 3500 kilometrlik vahid boru kəmərləri sistemi qüdrətimizin və dostluğumuzun təzahürüdür. Buna görə, Azərbaycanın ilkin mərhələdə başlatdığı enerji layihələri regional əməkdaşlıq üçün çərçivə yaratdı və onlar hazırda qlobal enerji layihələrinə çevrilib.” “Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir.
Eyni zamanda, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialının 9-10 min meqavat olduğunu hesab edirik. Burada söhbət külək və günəş enerjisindən gedir. Buraya hidroelektrik enerjini əlavə etsək, – hansı ki, onun da böyük potensialı var, – buraya daha 1000 meqavat və ya artıq güc əlavə etmək olar.
Bütün bunlar bizim hökumətimiz tərəfindən ciddi şəkildə nəzərdən keçirilir və bərpaolunan enerjiyə nə qədər çox sərmayə qoyulacaq, bir o qədər qaza qənaət ediləcək və ixrac olunacaq!
Beləliklə, bütün bu amillərin vəhdəti, o cümlədən enerjinin səmərəliliyi və bizim şəbəkəmizdə itkilərin aradan qaldırılması Azərbaycandan qaz ixracının artırılması ilə nəticələnəcək. Bu, bizim hədəfimizdir və əminəm ki, biz buna nail olacağıq. Çünki bu günədək planlaşdırdıqlarımızın hamısı reallaşıb. Yalnız neft və qaz sahəsində yox, hökumətimiz bütün planlarına nail olub…”
“Biz sürətlə inkişaf edirik və əlbəttə ki, Qarabağda və Zəngəzurda aparılan yenidənqurma işləri iqtisadi potensialımızı artıracaqdır.”Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın öz enerji təhlükəsizliyini tam olaraq təmin etməklə yanaşı, dünyanın bir çox ölkələrinin enerji təhlükəsizliyində böyük rol oynadığını diqqətə çatdırıb. Ölkəmizdə həyata keçirilən enerji siyasətindən və artıq bu il enerji sahəsində dünyanın iki aparıcı şirkəti ilə keçirilən təməlqoyma mərasimindən məlumat verən Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərimizin, xüsusilə də Kəlbəcər və Laçının böyük enerji potensialını xüsusi vurğulayıb.
Azərbaycan Prezidenti növbəti dəfə Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyini və bu istiqamətdə işlərin həyata keçirildiyini, investisiya ilə bağlı artıq praktiki addımların atıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bu gün Azərbaycanın dünya miqyasında etibarlı enerji tərəfdaşı kimi tanınmasında və enerji sahəsində əldə etdiyi bütün uğurların ardında Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və uzaqgörən enerji siyasəti dayanır!
Yekunda qeyd etmək istəyirəm ki, yùksək enerji amili, enerji diplomatiyası və bütün layihələr bizim iqtisadi potensialımızı daha da gücləndirəcək!
Yaşasın Mùstəqil Azərbaycan!

Selenay Rüstəmova – Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, Nərimanov rayonun fəal gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki