image-img_0667backend

Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyində

image-reklam_sirab_01

Azərbaycan 1991-ci il 18 oktyabrda öz müstəqilliyini elan etdikdən sonra öz müstəqilliyini bütün dünyaya sübut etməli və bu müstəqilliyin digər dövlətlər tərəfindən tanınmasına nail olmalı idi. Amma, bu o qədər də asan deyildi.

BMT Təhlükəsizlik Şurasının 1992-ci il 14 fevral tarixli müvafiq tövsiyəsinə və bu təşkilata üzv qəbul olunmaq barədə Azərbaycan Respublikasının ərizəsinə baxdıqdan sonra BMT Baş məclisi 1992-ci il martın 2-də özünün 46-cı sessiyasının 82-ci plenar iclasında Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunması barədə qətnamə qəbul etdi. Bu bizim üçün böyük uğur demək idi. Bu qətnamə 111 dövlətin adından irəli sürülmüşdü və bu qətnaməyə  BMT-nin bütün üzvləri yekdilliklə səs verdilər. Bu Müstəqil Azərbaycanın digər dövlətlər tərəfindən qəbul edilməsi demək idi.

Azərbaycan BMT-ə üzv seçildikdən sonra təşkilatla sıx əlaqədə olmuşdur. Azərbaycan daima sülhsevərliyi, tolerantlılığı ilə digər dövlətlərə gözəl nümunə olmuşdur.

BMT Qarabağ münaqişəsində də öz mövqeyini bildirmiş və Ermənistanın işğalçı

ordusunun Azərbaycanın tarixi torpaqlarından dərhal çıxmasını tələb etmişdir.

Bizim ədalətli mövqeyimiz, daima haqqın tərəfində durmağımız BMT-ə üzv olan dövlətlər tərəfindən də dəstəklənir. “BMT və ATƏT arasında əməkdaşlıq haqqında” qətnaməyə Qarabağın Azərbaycanın tarixi torpaqları olması ilə bağlı ifadə daxil edilməli idi. Ermənistan tərəfi yenə də öz xislətindən əl çəkməyərək bu məsələyə maneə olmaq istəsə də bu heç bir nəticə vermədi. BMT-ə üzv olan dövlətlər daima Azərbaycanı dəstəkləmiş və qarşı tərəfi qəti surətdə qınamış, dəfələrlə bunun doğru olmadığını bildirmişlər.

Bizim haqq savaşımızda da BMT hər iki tərəfi sülh yoluna dəvət etmişdir. Azərbaycan daima sülhə hazır olduğunu bildirmiş olsa da qarşı tərəf sülh danışıqlarını yubandırmış və hər iki tərəfin minlərlə itki verməsinə səbəb olmuşdur.

Ermənistan tərəfi Azərbaycanı işğalçı, haqqsız tərəf kimi göstərmək üçün dinc, günahsız insanların yaşadığı yerlərə raket hücumları etmiş və Azərbaycanın da eyni cavabı verməsini gözləmişdir. Amma, İlham Əliyev daima bizim öz torpaqlarımız da öz torpaqlarımız üçün döyüşdüyümüzü və bizim günahsız insanlarla, erməni xalqı ilə heç bir problemimizin olmadığını vurğulamışdır. Biz

 

günahsız körpələrimizin, günahsız insanların qisasını döyüş meydanında qəhrəman oğullarımızın sayəsində almışıq.

Ermənistan tərəfi nəhayət, məğlub olacağını bildiyi müharibəyə başladığını anlamış və bəyənat imzalamağa razı olmuşdur. Bu bəyənat bizim 30 illik həsrətimizin bitməsi demək idi. İmzalanan bəyənatdan sonra işğalçı tərəf öz ordusunu Kəlbəcər, Ağdam və Laçından çıxartmışdır. Azərbaycan bu haqq savaşı ilə dünyaya öz mövqeyini bildirmiş və necə ədalətli bir dövlət olduğunu dünyaya  sübut etmişdir.

Torpaqlarımız azad edildikdən sonra erməni xisləti bütün dünyaya göstərilmiş oldu. Beləki, onlar bizim tarixi abidələrimizi, məscidlərimizi məhv etmişdirlər. Bu bizim kimi tolerantlı bir millət üçün dözülməz bir davranışdır. Bir çox yerli və xarici iş adamları Qarabağa səfərlər etmiş, erməni vandalizmi ilə tanış olmuşlar.

Erməni cinayəti təkcə bunlarla bitmir. Erməni tərəf müharibədən sonra bizə verməli olduğu mina xəritələrini tam olaraq verməmiş və 150 dən çox vətəndaşımızın minaya düşərək ölməsinə səbəb olmuşdur. Bu danılmaz bir həqiqətdir ki, qarşı tərəfin bizə verdiyi mina xəritəsinin dəqiqliyi 25 faizdir.

İlham Əliyev 15 oktyabr 2021-ci il tarixində keçirilmiş Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında 30 illik Ermənistan və İran sirrini açıqlığa qovuşdurmuş, təxminən 30 ildir Ermənistan nəzarəti altında olan Azərbaycan torpaqlarından narkotrafik üçün istifadə edilməsi gerçəyini bütün dünyaya bildirdi. Amma indi İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və həmçinin daha sonra Avropaya narkotrafik marşrutuna qəti olaraq son qoyulmuşdur.

Biz İlham Əliyevin sayəsində dünyaya haqqlı olduğumuzu, ədalətli olduğumuzu sübut etmiş olduq.

 

 

Bakı Slavyan Universiteti Məmmədova Elnarə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki