image-2-17backend

Qarabağda toy və şənliklərin keçirilməsi qadağan edildi: “Çox çətin vəziyyətdəyik”

image-reklam_sirab_01

Bu gündən etibarən Qarabağda restoran və kafelərdə kütləvi tədbirlərin, yəni, toy, yas və müxtəlif qonaqlıqların keçirilməsi qadağan olunub. Vətəninfo.az xəbər verir ki, bu barədə qərarı separatçıların nümayəndəsi Ruben Vardanyanla görüşən ictimai iaşə obyektlərinin sahibləri veriblər.

Onlar bu addımı ərzaq qıtlığı ilə bağlı atdıqlarını bildiriblər. Belə ki, restoran sahibləri deyiblər ki, iri yığıncaqlarda yemək-içmək çox israf olunur və bunun qarşısını almaq üçün müvəqqəti olaraq, belə addımların atılması lazımdır.

Həmin görüşdə danışan Ruben Vardanyan isə heç nə edə bilmədiklərini, durumun getdikcə ağırlaşdığını deyib. “Mübağiləsiz deməliyəm ki, çox çətin vəziyyətdəyik. “Hökumət” olaraq heç nə edə bilmirik. Ona görə də, sizin təkliflərinizi dinləmək məcburiyyətindəyik. Necə desəniz, elə də edəcəyik”.

P.S. Əslində, ermənilərin belə təlaşa düşmələrinə qəti əsas yoxdur. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, onların humanitar problemlərini həll etməyə hazırdır. Onlar nə ərzaqdan, nə yanacaqdan, nə də dərmandan korluq çəkməyə bilərlər. Bunun üçün göndərilən yardımları qəbul etmələri kifayətdir. Yox, yenə dikbaşlıq edib, Azərbaycandan dəstək istəmirlərsə, özləri bilərlər.jamaz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki