image-61d6312a-5042-467d-92cb-912769423ef6backend

Qoşulmama Hərəkatının obyektiv mövqeyi

image-reklam_sirab_01

 

 

 

 

İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransıkeçirilmişdir.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi 2021-ci ilin noyabrında Madriddə Parlamentlərarası İttifaqın 143-cü assambleyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə təsis edilib. Bakı konfransı QH Parlament Şəbəkəsinin fəaliyyətə başlaması üçün müvafiq addımların atılması məqsədilə çağırılıb. Konfransda QH üzvü olan 40-dan çox ölkənin parlamentləri və 8 beynəlxalq parlament təşkilatı təmsil olunur.

Bakıda təşkil edilən konfransda çıxış edən cənab Prezident İlham Əliyev mühüm məqamları yenidən ictimaiyyətin diqqətinə çatdırmışdır. Qoşulmama Hərəkatının Azərbaycanın təşəbbüsünü dəstəklədiyinə görə üzv dövlətlərə minnətdarlığını bildirən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Parlament Şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstəyinizi qazandığımız yeganə təşəbbüs deyil. Növbəti ay Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcək: “Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır və hesab edirəm ki, bu istiqamətdə praktiki addımların atılması üçün vaxt yetişib. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır… Hesab edirəm ki, indi institusional inkişaf istiqamətində daha çox addımların atılması üçün düzgün vaxtdır və bu da öz növbəsində bizə beynəlxalq arenada maraqlarımızı qorumağa və əlbəttə ki, ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə kömək edəcək”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür. Ölkəmiz QH-yə 2011-ci ildə daxil olub və fəaliyyətinin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və “Bandunq prinsipləri”nin təşviqinə töhfə verməyə çalışıb.

Prezident qeyd edib ki, 2020-ci ildə Azərbaycan Ermənistan tərəfindən otuz ilə yaxın işğal altında saxlanılan torpaqlarını azad edərkən Qoşulmama Hərəkatı ölkəmizə BMT müstəvisində mühüm dəstək nümayiş etdirdi: “Biz öz torpağımızda savaşırdıq, biz ədaləti bərpa edirdik, beynəlxalq hüququ bərpa edirdik. Lakin əfsuslar olsun ki, bəzi ölkələr bizə qarşı kampaniyaya – qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar. Təəssüflər olsun ki, bu, sadəcə, şifahi kampaniya və ya ictimai ittihamlar deyildi. Bəzi ölkələr bizim bu haqq işimizə BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Biz bu həmrəyliyə görə sizə minnətdarıq”.

 

Aysel Mənsimova – politoloq

 

 

 

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki