image-1backend

Diş pastası icad olunmazdan əvvəl dişlər necə təmizlənirdi?

image-reklam_sirab_01

İndi bir çoxumuz gündə iki dəfə dişlərimizi fırçalayırıq. Bəs əcdadlarımız diş pastası icad olunmazdan əvvəl dişlərini nə ilə təmizləyirdilər?

“İFL science” saytı xəbər verir ki, dişə qulluğun ilk əlaməti Xorvatiya mağarasının 130 min illik neandertal adamının azı dişlərində olduğu ehtimal edilsə da, tam təsdiqini tapmayıb. Belə ki, həmin dişlərdə çubuqla dəfələrlə sıyrılma əlamətləri müşahidə olunub. Lakin tədqiqatçılar həmin əlamətlərə əsaslanaraq ehtimal edirlər ki, neandertallar dişlərinin arasından yemək qalıqlarını çıxarmaq üçün sümük parçalarından və ya sərt otlardan istifadə ediblər.

Təxminən eramızdan əvvəl 5-ci minillikdə qədim misirlilər dünyanın ən erkən diş pastasını hazırlayıblar. Daha çox diş tozuna bənzəyən bu qarışığın tərkibində kömürlənmiş öküz dırnaqları, yumurta qabıqları, mirra və pemza kimi inqrediyentlər olub.

Romalılar ağız qoxusunu azaltmaq məqsədi ilə kömür və ağac qabığından istifadə edərkən, farslar daha sonra bu qarışığa otlar və bal ilə birlikdə yanmış ilbiz, istiridyə qabıqlarını əlavə ediblər.

Ən erkən ibtidai diş fırçaları – çeynənmiş ağac çubuqları təxminən eramızdan əvvəl 3500-cü ildə qədim Misir və Babil məzarlarında tapılıb. Bu çeynəmə çubuqları “Neem” və misvak kimi tanınan “Salvadora persica” ağaclarından alınıb. Onların hər ikisi antimikrob xüsusiyyətlərə malikdir və bakteriyaların yayılmasının qarşısını alır. Bu ağacların çubuqları hazırda da bir çox Asiya və Yaxın Şərq ölkələrində ağız boşluğuna qulluq vasitəsi kimi istifadə olunur.

Diş təmizləməsi üçün məlum olan ən qədim vasitələrdən biri Çində Tanq sülaləsi dövründə, eramızın yeddinci və onuncu əsrləri arasında icad edilmişdi. Bambuk və sümükdən hazırlanmış, qaban tükləri bərkidilmiş bu diş fırçaları o qədər də geniş yayılmamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image