image-1backend

İdmanın faydalarını kim daha çox görür: kişilər, ya qadınlar?

image-reklam_sirab_01

Qadınlar kişilərə nisbətən müntəzəm idmanın faydalarını daha çox görürlər.

Vətəninfo.az xəbər verir ki, ABŞ-da alimlər 1997-2017-ci illər arasında Milli Sağlamlıq Müsahibə Sorğusunda iştirak edən 412.000-dən çox adamın fiziki fəaliyyətdə gender fərqlərinin olub-olmadığını müəyyən etmək üçün məşq vərdişlərini araşdırıblar.

Kişilər müntəzəm idmandan qadınlarla eyni qədər faydalanmaq üçün daha çox məşq etməlidir. Qadınlar üçün həftədə 140 dəqiqə orta-güclü idman kişilər üçün eyni səviyyədə 300 dəqiqə idmana bərabərmiş.

Araşdırma həmçinin müəyyən edib ki, müntəzəm idman edən qadınlarda ürək-damar xəstəlikləri, infarkt və ya insultdan ölmə riski 36, kişilərdə isə 14 faizdir.

Yoxlanılan illərdə nizamlı olaraq idman edən qadınların ölüm riski də etməyənlərə nisbətən 24 faiz daha az, kişilərdə isə bu nisbətin 15 fazidir.

Tədqiqat “Journal of the American College of Cardiology” jurnalında dərc olunub.

Araştırma Amerikan Kardiyoloji Koleji Dergisi’nde yayınlandı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image