image-photo-2021-10-20-15-53-51-1backend

Tarix qoxan məskən

image-reklam_sirab_01

Qubadlı rayonu 1933-cü ildə təşkil edilib. 1963-cü ildə ləğv edilərək, ərazisi Zəngilan rayonuna verilib. 1964-cü ildən yenidən müstəqil rayon kimi fəaliyyətə başlayıb. Qubadlı rayonunun sahəsi 802 kvadrat-metr, əhalisi işğaladək dövrdə 31 min nəfər idi.
Rayon Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Dağlıq və dağətəyi rayondur. Ən hündür yeri Torağac yüksəkliyidir. (Dəniz səvviyəsindən 2003 metr yüksəklikdədir). İqlimi mülayim kontinentaldır. Qubadlı qədim insan məskənlərindəndir. Bu ərazi  arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də buradakı təbii mağaralarda, sığınacaqlarda insan əlinin fəaliyyətinin izləri qalmaqdadır. Keçilməz qayalar, sərt sıldırımlar üzərində ucaldılan müdafiə istehkamları və keşiçki qalalarının qalıqları müasir dövrə qədər gəlib çatıb.

Qədim pirlər, ibadətgahlar bu yerlərdə hələ islamdan çox-çox qabaq daimi məskunlaşma yerlərinin mövcudluğunu göstərir. Bunu həm də tarixi bilinməyən qədim qəbiristanlıqlar, ayrı-ayrı yaşayış məskənləri yaxınlığından tapılmış maddi məişət nümunələri, əmək alətləri də təstiq edir. Tapılmış maddi mədəniyyət nümunələri bu yerlərdə qədimdən əkinçilik və heyvandarlıqla məşğul olunduğunu göstərir. Qubadlı şəhəri ərazisində aşkar olunmuş “Xırman yeri”, Əliquluuşağı kəndində aşkar olunmuş “Qalaça”, “Koroğlu qalası”, Muradxanlı kəndi ərazisində “Mal təpə” abidələri mütəxəssislər tərəfindən son tunc, ilk dəmir dövrünə aid edilir.

 

Tariximizin bir parçasının bizdən ayrıldığı həmin o acılı gün :

Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 30-31-də erməni təcavüzkarı qüvvələrinin işğalına məruz qaldı. Erməni işğalı nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini yurd-yuvalarından didərgin düşdü, respublikanın 2 şəhər və rayonunda məcburi köçkün kimi məskunlaşdılar.

Rayonun 1,2 milyard ABŞ dollar dəyərində (1993-cü ilin qiymətləri ilə) şəxsi və ictimai mülküyyəti erməni işğalçıları tərəfindən talan və məhv edilib.Çox aydın məsələdir ki onlar bu qızıla bərabər şəhərlərin haqqlnı verə bilmədilər .Qurub -yaradıb ,yenilik etməyə nə gücləri ,nədə ki ürəkləri yetmədi.Axı onlar bilirdilər ki bir gün gələcək onlar öz laiq olduqları quru lələyə  qayıdacaqlar .Özlərinin olmadığına əmin olduqları üçün qurub yaratmağa ürəkdə yoxuydu .Onun göstəricisidir ki bu illər ərzində yurdumuzun bağrı bizsiz solmuş,köksü dağlanmışdı .Amma biz andımıza ,sözümüzə sadiq qaldıq .Dəmir yumruğun gücü ilə yenidən öz yurdumuzda cənnət məkan yaratdıq və yaratmağa da davam edəcəyik …

 

Həmin o tarixi gün … Qarabağ  Azərbaycanındır !

Azərbaycan  Respublikası silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və Azərbaycan Respublikasının 11  rayonunu, eləcə də strateji əhəmiyyətli digər ərazilərini işğaldan azad olunmuşdu . Azərbaycan Respublikası Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində uğurlu əməliyyatları aparılmışdı .25 oktyabr 2020–ci ildə Qubadlı şəhəri, ikinci Qarabağ müharibəsi ərzində rayonun 41 kəndi Ermənistan işğalından azad olunmuşdur. Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. İndiki kimi yadımdadır həmin o tarixi gün … Yadımdadır Qubadlının sevinci hamımızın sevinci olmuşdu ,tək qubadlılar deyil bütün Azərbaycan ayağa qalxmışdı tam bir şəkildə öz birliklərini göstərmək üçün.Bu 44 günlük müharibə Azərbaycanın bölünməzliyinin sinvolu oldu .Dostda-düşmən də bizim vəhdətimizə,bölünməzliyimizə ,mərdliyimizə şahid oldu .Onlar dəmir yumruğun gücünü görüb ,cənab İlham Əliyevin açıq və peşəkar çıxışları ilə bir daha tanış oldular .Bu 44 gündə biz hər zaman ki kimi öz prezdentimizlə ,məğrur ordumuzla dəfələrlə qürur duyduq .Diləyirəm ki Azərbaycanın azad günəşi heç zaman sönməsin .Dəmir yumruq hər zaman xalqın və yurdun kölgəsində işıq saçsın və parlasın.Bizim üçün artıq yeni bir tarix başlayır .İllərdi köksü bizsiz dağlanmış Qarabağın şanlı tarixi yenidən yazılacaq .

 

Baxşiyeva Səbinə

Bakı Slavyan Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki