image-boran_azizbackend

Tarixçi alim: “Prezident bu ideologiyaya sarsıdıcı zərbə vurdu”

image-reklam_sirab_01

“Cənab prezidentin 2003-cü ildən indiyədək fəaliyyətinin müqayisəli təhlili göstərir ki, o, Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında çox böyük dəyişikliklərə nail ola bilib”.

Bunu Publika.az-a açıqlamasında tarix elmləri namizədi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz bildirib.

Onun sözlərinə görə, bu dəyişikliklər birdən-birə təsadüf nəticəsində deyil, ciddi şəkildə düşünülmüş, işlənib hazırlanmış plan əsasında, siyasət nəticəsində həyata keçirilə bilib: “Onların hamısı haqqında danışmaq çox böyük vaxt apardığına görə, həm bütün Azərbaycan xalqını, həm də müsəlman və türk dünyasını maraqlandıran, 44 günlük Vətən müharibəsində cənab Prezidentin fəaliyyəti xüsusi önəm daşıyır. Xüsusi qeyd edim ki, bu qələbə təsadüf nəticəsində deyil, cənab Prezidentin güclü iqtisadiyyata, ölkə daxilində sabitliyə və hakimiyyət-xalq, prezident-xalq birliyinə nail olması, beynəlxalq münasibətlərdə və dövlətlərarası münasibətlərdə etibarlı tərəfdaş mövqeyi qazanması, güclü, müasir ordu yaratması sayəsində əldə edilib”.

Boran Əziz qeyd edib ki, bolşevik Rusiyası tərəfindən vətənimiz işğal olunduqdan sonra torpaqlarımız – Zəngəzur ermənilərə verilib. Nəticədə Azərbaycan həm Naxçıvandan ayrı düşüb, həm də türk dünyasının əlaqələri qırılmış hala gətirilib:

“Bundan başqa, bolşevik Rusiyası 1920-ci illərdə təxminən 4,1 kvadrat kilometrlik ərazini Qazax istiqamətindən Ermənistana verib. Beləliklə, Azərbaycan torpaqları bolşevik işğalı nəticəsində daim azalıb. Nəticədə ermənilərdə özündənrazılıq, güclü olmalrı haqda təsəvvür yaranıb. Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsi nəticəsində xalqımız, dövlətimiz, eyni zamanda Müzəffər Ali Baş Komandan bax, bu illüziyanı heçə endirdi. Bu, bütövlükdə dünya erməniliyinə, özgəsinin torpağını işğal etməyə, xüsusilə türk-müsəlman xalqlarını məhv etməyə yönəlik ideologiyaya ağır, sarsıdıcı zərbə vurdu. Bu baxımdan da biz belə bir qalib Prezidenti, Müzəffər Ali Baş Komandanı ürəkdən təbrik edir, ona cansağlığı, indiyə qədər göstərdiyi fəaliyyət istiqamətində uğurlar diləyirik və bir ziyalı kimi onun siyasətini hər vasitə ilə müdafiə edirik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki