Tarixə düşmüş qardaşlıq nümunəsi.
Əsirlər boyu Türk dövlətləri hər zaman müharibələrə məruz qalmışdır. Türk dövlətlərinin gücü, vətənə sevgisi , birliyi millətinə bir qalxan olmuşdur. Yenilməz bir qala…
Türkiyə və Azərbaycan.. eyni dinin,dilin, ənənənin olduğu, vətəni üçün alışıb- yanan, canından keçən bir millətdir. Namusu olan bayrağın al-qırmızısı, ayı , ulduzu , səmada bütün dünyayı qorxuya salan kölgəsi. Bir söz varki
“ Türk olmaq çətindir , dünya ilə savaşırsan…, Türk olmamaq daha çətindir,Türklə savaşırsan”… həqiqətən də elədir. Vətəni, milləti üçün gözünü yummadan canından keçən igidlərin yurdudur Azərbaycan, Türkiyə…
Ta qədim zamandan bütün dünyayı heyrətə gətirən bu qardaşlıq əsirlər boyu davam edir. Buna əvvəlki müharibələrivə bu günkü dövrümüzdə yaşanan ikinci Qarabağ müharibəsini misal gətirə bilərik.
Keçmişə nəzər salsaq., 1918-ci ildə bolşevik-daşnak tör-töküntülərinin törətdikləri qırğınların qarşısının alınmasında azəri qardaşlarına köməyə gələn, xalqımızın qatı düşməni, daşnak Şaumyanın başçılıq etdiyi erməni-rus ordusuna zərbələr endirən Nuru paşanın komandanı olduğu Qafqaz İslam Ordusunun qəhrəmanlığı zəfər günü, türk birliyinin, qardaşlığının nümunəsi oldu. Müstəqilliyimizi ilk tanıyan dövlət kimi 20 Yanvar faciəsi, Xocalı soyqırımı zamanı da Azərbaycanın yanında olan Türkiyə sınaqdan çıxmış bu dostluğa sadiq qalaraq erməni lobbisinə qarşı mübarizədə eyni mövqedən çıxış edir
. Tarixi, milli-mənəvi dəyərləri eyni kökdən qaynaqlanan hər iki xalqın maraqlarının ən çətin məqamlarda belə üst-üstə düşməsinə həmrəylik nümunəsi Surix protokolunu göstərmək olar. ABŞ-ın, Rusiyanın, Fransanın, Sloveniyanın rəsmi nümayəndələrinin iştirakı ilə imzalanan, Ermənistana dəstək olan Surix protokolu Türkiyə-Azərbaycan birliyinin qarşısında kölgədə qaldı.
Fransada “erməni soyqırımı”nın tanınması ilə əlaqədar cəhdlər göstərilsə də Azərbaycanın məsələ ilə bağlı münasibəti yenə də sərt oldu. Fransanın Konstitusiya Məhkəməsi bu ədalətsiz qərarı ləğv etdi. Almaniya Bundestaqında “erməni soyqırımı”nın tanınmasına etirazını bu ölkəyə səfəri zamanı deputatlarla görüşməkdən imtina etməklə bildirən Prezident İlham Əliyev Türkiyə-Azərbaycan birliyinin siyasi güc kimi yenilməzliyini göstərdi.
Azərbaycan-Türkiyə birliyinin dünya siyasətinin başlıca amilinə çevrildiyi, hər iki dövlətin birgə iştirakı ilə həyata keçirilən qlobal enerji layihələrinə marağın artdığı məqamlarda Türkiyəyə qarşı yönəlmiş hər hansı ədalətsizliklə barışmayacağını bəyan edən Azərbaycan dövləti və xalqı həmişə olduğu kimi, Mustafa Kamal Atatürkdən və ulu öndər Heydər Əliyevdən miras qalan həmrəylik tövsiyəsinə sadiq qaldı.
Və ən əsası 2020 ci ildə baş verən ikinci Qarabağ müharibəsi bütün ölkələrə qardaşlığımızı bir daha sübut etdi. Ən çətin zamanda , Azərbaycan xalqının illərlə acısını yaşadığı torpaqların alınması uğrunda olan 44 günlük müharibədə həm maddi, həm mənəvi dəsdəyi bizim üçün əsl Qardaşlıq nümunəsi idi , edilən təmənnasız hər bir dəsdək..
Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə dediyi “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” kəlamları hər iki dövlətin gələcək nəsilləri üçün qoyduğu çox dəyərli bir mirasdır
Azərbaycan Dillər Universiteti
Orucova Fatimə