image-b8ad6230-4b41-4400-b5e9-361f20a6c406backend

              Uğurlu neft Strategiyasının inkişafı və qaz layihəsi.

image-reklam_sirab_01

    

 

1991-ci il 18 oktyabr Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib.

2022-ci ilin 1 iyununda Bakı Enerji çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi keçirilib.Bu sərgidə Prezident İlham Əliyev qeyd edib ki,bu sərgi xarici ölkələrin şirkətlərinin diqqətini  və sərmayələrini  cəlb etmək baxımından çox vacibdir. Bu konfransın keçirildiyi ildən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi.

1998-ci ildə Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı oldu. Nəticədə ölkəmiz ixraca başladı və bir çox ölkələrin tələbatlarını təmin etdi. 1999-cu il noyabrın 18-də İstanbulda Xəzər dənizində çıxarılacaq xam neftin Bakı –Tiblisi-Ərzurum qaz kəməri vasitəsilə dünya bazarına çıxarılması haqqında saziş imzalandı. 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tiblisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. 2001-ci ildə Azərbaycan qazının Bakı-Tiblisi-Ərzurum qaz kəməri vasitəsilə dünya bazarına çıxarılması haqqında Türkiyə və Gürcüstanla sazişlər imzalandı. 2007-ci ildə Bakı-Tiblisi-Ərzurum qaz boru kəməri istismara verildi. Qeyd edək ki, ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq.

Azərbaycan qazına artan tələbat nəticəsində biz ənənəvi tərəfdaşlar və sərməyələrdə, eləcə də enerji şirkətlərilə çalışmalıyıq. Birləşmiş ştatlar və Birləşmiş krallıq Azərbaycanın enerji siyasətini hər zaman dəstəkləyib. Azərbaycan və Avropa Komissiyası arasında da məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur.

Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanın yeni neft strategiyası müəyyən edildi. 1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın iri neft şirkətləri arasında Xəzər dənizinin Azərbaycana aid hissəsində neft hasilatı haqqında saziş imzalandı. Cari ildə keçirilmiş Xəzər Neft və Qaz sərgisində azərbaycanın etibarlı tərəfdaş olduğu qeyd olunub. Bildirilib ki, Azərbaycan öz öhdəliklərinə hörmət edir və tərəfdaşlarından  öz öhdəliklərinə hörmət etməyi gözləyir.

Azərbaycan dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Biri günəş , digəri külək olmaqla, iki elektrik stansiyası inşa olunur və onların birgə istehsal gücü 470 meqavatdır.  Gələn il bu iki stansiya istifadyə veriləcək.

İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərdə külək və günəş enerjisinin tikintisi nəzərdə tutulur. Azad olunmuş ərazilərdə üç yeni hava limanın inşası planlaşdırılırdı ki, onlardan biri artıq istifadəyə verilib. Beləliklə Azərbaycan 9 hava limanına malik olacaq.

Qeyd edək ki, Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanları təqdim edir. Bu imkanları düzgün qiymətəndirmək lazımdır. Müxtəlif istiqamətlərə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəməri mövcuddur. Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırır.

Azərbyacan üçün neft və qaz sahəsində BP starteji tərəfdaş və aparıcı investordur. İşğaldan azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir.

Enerji amili, enerji diplomatiyası və bütün layihələr ölkəmizin iqtisadi potensialını gücləndirir. Neft  və qaz sektorunda əldə edilən gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönləndirilir və qeyri-neft sənayesində artım 15 faizdən artıqdır.

 

 

Bakı şəhəri Nəsimi rayonu 159 saylı tam orta məktəbin Tarix müəllimi     

Şirəliyev Vüsal Ənvər oğlu

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki