image-62205aa7c186462205aa7c1865164628752762205aa7c186262205aa7c1863backend

Ukraynalı məşqçilər Rusiya klubu ilə müqaviləni pozub

image-reklam_sirab_01

Rusiyadan ayrılan ukraynalıların sayı gündən-günə artır.

Daha iki məşqçi iki ölkə arasında yaşanan hərbi gərginlik ucbatından Rusiyanı tərk etmək qərarına gəlib.

Bunlar “Axmat”ın məşqçiləri Stanislav Qonçarenko və Pavel Dubkodur. Məşqçi-analitik və fizioterapevt klubun da razılığı ilə müqaviləyə xitam veriblər.

Onlarla yanaşı, ukraynalı yarımmüdafiəçi Artyom Polyarusun da tezliklə “Axmat”dan getməsi gözlənilir. O da bununla bağlı rəhbərliyə məlumat verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki