image-gorus-6backend

Akademik İsa Həbibbəyli Süleyman Dəmirəl Universitetinin rektoru ilə görüşüb

image-reklam_sirab_01
Fevralın 13-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türkiyənin
Süleyman Dəmirəl Universitetinin rektoru professor Mehmet Saltan ilə görüşüb.
AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə çıxış edən akademik İsa
Həbibbəyli tarixi köklərə söykənən Azərbaycan-Türkiyə dostluq, qardaşlıq
münasibətlərinin əvəzedilməz olduğunu, bu əlaqələrin daha da möhkəmlənməsi
üçün bütün sahələrdə mühüm addımların atıldığını bildirib.
Azərbaycan-Türkiyə münasibətlərinin müasir dövrdəki təməllərinin Ulu Öndər
Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı üzərində qurulduğunu deyən
akademik İsa Həbibbəyli ikitərəfli əlaqələrimizin möhkəmlənməsində qardaş
ölkənin 9-cu Prezidenti Süleyman Dəmirəlin də mühüm tarixi xidmətləri olduğunu
söyləyib. Qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Ulu Öndər Heydər
Əliyevin Süleyman Dəmirəlin dostluğu sayəsində Azərbaycan-Türkiyə
sərhədində, Araz çayı üzərində Ümid körpüsünün istifadəyə verilməsilə Naxçıvan
Muxtar Respublikası blokada şəraitindən xilas olub, iqtisadi həyat yenidən
canlanıb.
Ölkə rəhbərlərimizin dostluq ənənələrinin bu gün Prezident İlham Əliyevin və
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın timsalında davam etdirildiyini
bildirən akademik İsa Həbibbəyli bu münasibətlərin digər sahələrdə olduğu kimi,
elmdə də geniş meydanlar açdığını diqqətə çatdırıb. Qeyd edib ki, Milli Elmlər
Akademiyası Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Türkiyə
Elmlər Akademiyası (TÜBA), Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası
(TÜBİTAK) kimi aparıcı qurumları, eləcə 100-dən artıq universiteti ilə
əməkdaşlıq edir.


Süleyman Dəmirəlin adını daşıyan universitetlə əməkdaşlığın Akademiya üçün
şərəf olduğunu deyən akademik İsa Həbibbəyli görkəmli siyasətçinin 1995-ci ildə
Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçildiyini də qonaqlara
bildirib.
Akademik İsa Həbibbəyli AMEA-nın və Türkiyənin Burdur Mehmet Akif Ersoy
Universitetinin birgə təşkilatçılığı ilə Məhməd Akif Ərsoya həsr olunmuş tədbirin
keçilməsinin nəzərdə tutulduğunu deyib və Süleyman Dəmirəl Universitetinin də
təşkilatçılar sırasında yer almasına münasibətini bildirib.
Görüşdə həmçinin 2026-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın keçirilməsinin
100-cü ildönümü münasibətilə keçirilməsi nəzərdə tutulan tədbirlər barədə də
danışılb.
Daha sonra çıxış edən Süleyman Dəmirəl Universitetinin rektoru professor
Mehmet Saltan Isparta şəhərində yerləşən ali təhsil ocağının tarixi və burada
aparılan elmi tədqiqatlar barədə məlumat verib. Azərbaycan Milli Elmlər
Akademiyası ilə əməkdaşlıq etməkdən məmnunluq duyacaqlarını bildirən Mehmet
Saltan hazırda universitetdə 328 azərbaycanlı tələbənin təhsil aldığını və qurumun
müəllimləri sırasında həmyerlilərimizin də olduğunu söyləyib. Qeyd edib ki,
hazırda universitetdə 14 fakültə fəaliyyət göstərir və tarix, ədəbiyyat, arxeologiya,
dilçilik və s. kimi 11 bölməni əhatə edən İnsan və Toplum Bilimləri fakültəsində

həyata keçirilən tədqiqatlarla Akademiyanın geniş əməkdaşlıq imkanları
mövcuddur.
Görüş çərçivəsində, o cümlədən mümkün əməkdaşlıq istiqamətləri müzakirə
olunub, həmçinin elmi nəşrlərin mübadiləsinin zəruriliyi bildirilib.
Görüşdə Süleyman Dəmirəl Universitetinin beynəlxalq əlaqələr üzrə koordinatoru
dos., Dr. İbrahim Kubilay və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun
Monitorinq və linqvistika şöbəsinin müdiri filologiya elmləri doktoru Sevinc Əliyeva

da iştirak ediblər


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image