image-img-20250213-wa0018backend

Likiya sivilizasiyasının qorunan mirası Ksantos və Letoon- FOTOLAR 

image-reklam_sirab_01

Türkiyədə çoxsaylı abidələr mövcuddur. Bu abidələr qorunan abidələrdir. Türkiyәnin Aralıq dәnizi sahillәrindәki antik şәhәr Ksantos vә ondan 4 kilometr mәsafәdә yerlәşәn dini mәrkәz olan Letoon da belə qorunan dini abidələrdən biridir. Hər il yüzminlərlə turistin ziyarət etdiyi bu dini abidələrə baxış bucağı da fərqlidir. Bu tarixi şəhər  Ksantos,  Fәthiyәyә 40 kilometr mәsafәdә Esen çayının әtrafında yerlәşir. 1988-ci ildә YUNESKO-nun mәdәni irsi siyahısına daxil edilәn bu şәhәr uzun müddәt Likiya dövlәtinin paytaxtı olub.

Ksantos şәhәri E. Ә. 3000-ci ildә qurulub. Şәhәrin әhalisi Lik dilindә danışırdı. E.Ә 545-ci ildә Fars suverenliyinәdәk müstәqil olan Likiya çox sayda tarixi әsәrә sahib olub. Bundan yüz il sonra şәhәr farslar tәrәfindәn mühasirәyә alınıb. O dövrlәrdә şәhәrin tamamilә yandığı deyilir. Ancaq daha sonra ksantoslular geri qayıdaraq şәhәri yenidәn qurub vә burda yaşamağa davam edib. Yanğından sonra yenidәn inşa edilәn şәhәr E.Ә. 2000-ci ildә Likya Birliyinin paytaxtı olub.
Buna oxşar hadisә isә tәxminәn 400 il sonra Roma dövründә yaşanıb. Şәhәr Romanın nәzarәtinә keçdikdәn sonra Roma şәhәrinә bənzəməyə başlayıb. Roma dövründә inşa edilәn antik teatr 5 min nәfәrin eyni anda tamaşanı izlәmәsini tәmin edirdi.
Xristian dini qәbul olunduqdan sonra şәhәrdә bir neçә kilsә də inşa edilir. Antik şәhәrdә yan yana inşa edilmiş üç mәbәd dә ziyarәtçilәrin diqqәtini cәlb edir. Antik teatr vә agoralar hazırda turistlәr tәrәfindәn әn çox ziyarәt edilәn mәkanlardandır. Şәhәrin qәbiristanlığı da eyni memarlıq üslubu ilә inşa edilib.
Şәhәrin dini mәrkәzi olan Letoon Akropolu Ksantosdan 4 kilometr mәsafәdә yerlәşir. Likiya sivilizasiyasının dini mәrkәzi hesab olunan bu tarixi yerdә çoxlu sayda mәbәdlә qarşılaşa bilәrsiniz. Bu dini mәkanda üç böyük mәbәd mövcuddur. Әn şimalda yerlәşәn mәbәd Letooya hәsr edilib. Artemida vә Apollon mәbәdlәri bölgәnin hәm dini, hәm dә siyasi mәrkәz olduğunun göstәricisidir. Daha sonra burda böyük kilsә dә inşa olunub. Letoondakı mövcudluğunu davam etdirәn Aqora vә Antik teatr da turistlәrin diqqәt mәrkәzindәdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image