“Ulu öndər Heydər Əliyevin neft strategiyası bu gün bizim Qərbdə, Avropa bazarında enerji təminatçısına çevrilməsinə səbəb oldu. Cənub Qaz dəhlizinin reallaşması bizi daha da möhkəmləndirdi.” – Vətəninfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Televiziyasının efirində millət vəkili Cavanşir Feyziyev bildirib.
Millət vəkili hesab edir ki, əvvələr Avropa liderləri Azərbaycanın irəli sürdüyü enerji lahiyələrinə qeyri -ciddi baxırdılar, amma zaman göstərdi ki, onlar yanlış fikirləşir.
“Cənab prezident İlham Əliyev də öz çıxışında bildirdi ki, enerji təhlükəsizliyi milli təhlükəsizlikdir. Bütün müharibələr enerji resursları üzərində qurulur. İndi Azərbaycan Qərbin enerji təminatçısına çevrilib. ”