image-img-20220621-wa0033backend

Azərbaycan xalqının qürur mənbəyi —Azərbaycan Ordusu

image-reklam_sirab_01

Azərbaycan xalqının qürur mənbəyi —Azərbaycan Ordusu
XX əsrin sonlarında ölkədə siyasi hakimiyyətin böhranlı hala düşməsi və müttəfiq respublikalarda milli-azadlıq hərəkatının genişlənməsi Azərbaycanda Müdafiə Nazirliyinin bərpası üçün real imkanlar açdı. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının Ali Soveti “Milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında” qərar qəbul etdi. Həmin qərarın əsasında respublika prezidentinin 5 sentyabr 1991-ci il tarixli Fərmanına əsasən Azərbaycanda Müdafiə Nazirliyi təşkil edildi və milli ordunun yaradılmasına başlandı. 1991-ci il oktyabr ayının 9-da isə Respublika Ali Soveti tərəfindən ordu quruculuğunun hüquqi bazası olan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun qəbul edildi.
Dövlətçilikdə varislik anlayışına önəm verən ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildi. Bu gün iqtisadi yüksəlişi ilə diqqətləri özünə cəlb edən ölkəmiz yaradılmış qüdrətli ordusu ilə də hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib.
Şübhəsiz, hər bir dövlətin varlığının qorunmasında ordu müstəsna əhəmiyyətə malikdir.Ordu quruculuğu sahəsində 1969-cu ol Ulu Öndərin hakimiyyətə gəlişi ilə yenidən addımlar atıldı. Amma ən əsaslı ordu quruculuğunun əsası 1993-cü ildən sonra baş verdi. Müharibə şəraitindən çıxan Azərbaycan nizamlı, güclü Orduya böyük ehtiyac duyurdu. Prezident Ulu öndər Heydər Əliyev əsaslı islahatlar apardı.1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.
30 ilə yaxın bir müddətdə Azərbaycan isğala məruz qalan dövlət statusunda yaşadı. Beynəlxaq arena, Minsk qrupu heç bir addım atmadı. Məhz 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu beynəlxaq qətnamələrin öhdəliklərini döyüş meydanında yerinə yetirdi. Bütün dünya Ordumuzun gücünün şahidi oldu, Əsgər və zabitlərimiz canını Vətən torpağına qurban verməyə hər an hazır idi.
Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. 44 gün ərzində müntəzəm surətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi. Qalib Ordunun hərbiçilərinin qəhrəmanlıqlarının əbədiləşdirilmsi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edilmişdir. Həmin medal və ordenlərin təsis olunması qələbənin əbədiləşdirməsi və iştirakçılara ayrılan ali diqqətinin təcəssümüdür. “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal -“Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” təsis olunub.
Aparıcı Qərb mətbuat orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Bu gün Azərbaycan Ordusunun adı çəkiləndə Ermənistan silahlı qüvvələri böyük xof yaşayır. Ordu – hakimiyyət – xalq birliyi məhz Dəmir Yumruğu yaratdı. Prezident İlham Əliyevin də dediyi kimi “Dəmir Yumruq yerindədir. Biz Dəmir Yumruq ilə düşmənin başını əzdik”.
Aypara Babayeva / Nəsimi rayon təhsil işçisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki