image-322578681_1282354412611354_3222063650579958362_nbackend

Azərbaycanın iqtisadi zonalar yaratması İranı necə qorxuya salıb? Tehran hansı addımı atacaq

image-reklam_sirab_01
Azərbaycanın iqtisadi zonalar yaratması İranı necə qorxuya salıb. Şübhəsiz bu amillər İranın hərəkətə keçməsinə səbəb olub. Vətəninfo.az xəbər verir ki,    Iranın Tahlil Bazaar saytı yregionda vəziyyəti analiz edib.
Oxucularımız üçün maraqlı olduğu üçün bu təhlili təqdim edirik.
 “Çin Qazaxıstanın Aktau limanı kimi xüsusi iqtisadi zonalar üçün əlverişli şərait yaratmaq məqsədilə regional infrastrukturu daha böyük multimodal nəqliyyat dəhlizləri ilə birləşdirməyi planlaşdırır.
Türkiyə və Azərbaycan respublikaları Ukraynada savaş başlayandan bəri Mərkəzi Asiyadan keçən nəqliyyat şəbəkələrindən istifadəni artırıb. Orta Asiya ilə həmsərhəd olmayan Türkiyə qonşusu Azərbaycana-hansı ki, Qazaxıstan və Türkmənistan kimi Xəzər dənizində sahil xəttinə malikdir-bölgə üçün tramplin gözü ilə baxır; Xüsusilə 2020-ci ildə Azərbaycan müharibə zamanı Qarabağı Ermənistandan aldığı vaxtdan bəri.
Türkiyə 2018-ci ildə Türkmənistan və Əfqanıstanı Gürcüstan və Azərbaycan (Lapis Lazuli Tranzit Dəhlizi) vasitəsilə birləşdirəcək tranzit dəhlizinə start verərkən, Transqafqaz regionunun yenidən qurulması Ankaraya Xəzər dənizinə və Mərkəzi Asiyaya birbaşa çıxış imkanı verəcək.
Azərbaycana və Türkiyəyə yaxından baxan başqa bir Mərkəzi Asiya ölkəsi Qazaxıstandır, çünki Ukraynadakı müharibə Çin, Azərbaycan, Türkiyə və Avropanı birləşdirən Transxəzər dəhlizinin əhəmiyyətini artırır. 2022-ci ilin martında Qazaxıstan Azərbaycan, Türkiyə və Gürcüstanla Şərq-Qərb nəqliyyat dəhlizini açıb, daha sonra iyun ayında Türkmənistan və İran ərazisindən keçməklə Pavlodardan Türkiyənin cənubundakı Payas şəhərinə yük qatarı göndərib.
İran isə özünü Mərkəzi Asiya, Qafqaz və Fars körfəzi arasında, Ukrayna müharibəsi nəticəsində zəifləmiş Rusiyanı əvəz etmək üçün Mərkəzi Asiya ölkələri üçün regionlararası qovşaq kimi irəli sürüb…”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki