image-reklam-veteninfo
image-img-20261107-wa0023backend

Ağstafada xalqımıza Zəfər bəxş edən qəhrəman şəhidlərimizin doğmaları ilə növbəti görüş keçirilib

image-reklam-veteninfo

8 Noyabr Zəfər Gününün altıncı ildönümü ərəfəsində təşkil olunan görüşdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, məsul şəxslər və şəhidlərimizin ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirələri böyük hörmət və ehtiramla yad edilib.
RİH başçısı çıxış edərək, şanlı Qələbənin minlərlə qəhrəman Vətən övladının canı və qanı, əsgər və zabitlərimizin igidliyi və fədakarlığı sayəsində əldə olunduğunu bildirib, onların keçdikləri şərəfli döyüş yolunun, Vətən qarşısında göstərdikləri mərdliyin xalqımızın qəlbində əbədi olaraq qürur və iftixar hissi ilə yaşayacağını vurğulayıb. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqı öz rəhbəri Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək həm Ulu Öndər Heydər Əliyevin tarixi vəsiyyətini yerinə yetirdi, həm də şəhidlərin qanını yerdə qoymadı. Bu sarsılmaz birlik Azərbaycanımızı öz azadlığı, müstəqilliyi və suverenliyinə əbədi olaraq qovuşdurdu. Bu gün hər birimiz qürurla deyirik: Ruhunuz şaddır, Vətən bütövdür, canınızdan əziz bildiyiniz torpaqlar azaddır!
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin sədri Elvira Əfəndiyeva çıxışında qeyd edib ki, biz bu gün azad və qalib ölkənin vətəndaşları olaraq başımızı dik tuturuqsa, bunu şəhidlərimizin müqəddəs ruhuna və qazilərimizin rəşadətinə borcluyuq. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq, qazanılan möhtəşəm Zəfər isə gələcək nəsillərə hər zaman yol göstərən bir məşəl olacaqdır.
Görüşdə iştirak edən şəhidlərimizin valideynləri Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən qəhrəmanların ailələrinə, canını fəda etməyə hazır olan qazilərimiz və müharibə iştirakçılarına göstərilən yüksək diqqət, hərtərəfli qayğı və sonsuz ehtirama görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

image-img-20261107-wa0045 image-img-20261107-wa0042 image-img-20261107-wa0039 image-img-20261107-wa0036 image-img-20261107-wa0033-1 image-img-20261107-wa0033 image-img-20261107-wa0029 image-img-20261107-wa0026 image-img-20261107-wa0023




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki