image-reklam-veteninfo
image-1backend

Türkiyə İran ərazisindən türkmən qazının idxalını dayandırdı

image-reklam-veteninfo

ABŞ-ın sanksiyalarının təzyiqi və İran ətrafında vəziyyətin gərginləşməsi səbəbindən İran üzərindən Türkiyəyə svop (barter) razılaşması ilə Türkmənistan qazının tədarükü dayandırılıb.

Xatırladaq ki, 2025-ci ilin fevral ayında Türkiyənin dövlət şirkəti BOTAŞ və Türkmənqaz şirkəti qaz tədarükü üçün svop müqaviləsi imzalayıblar (Türkmənistan Şimali İrana, Tehran isə Türkiyəyə ekvivalent həcmdə qaz tədarük edibi). Təchizat 1 mart 2025-ci ildə başlayıb. Planlaşdırılan həcm ildə 2 milyard kubmetrə qədər qaz idi.

Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bəyan edib ki, belə bir vəziyyətdə Türkiyə Əlcəzairdən qaz tədarükünü artırmağı planlaşdırır.

Onun sözlərinə görə, Ankara Əlcəzairin “Sonatrach” şirkəti ilə mövcud müqaviləni uzatmaq istəyir.

Hazırkı müqavilənin müddəti 2027-ci ilin sentyabrında bitir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki