image-reklam-veteninfo
image-img_2262backend

Şuşa Bəyannaməsi ilə ən yüksək müttəfiqlik zirvəsi-Yücel Karauz

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Şimali Kipr Türk Respublikasında (ŞKTR) yayımlanan “Maviyüzyıl” qəzetinə açıqlama verən ehtiyatda olan general-mayor Yücəl Karauz Azərbaycanın Vətən Müharibəsində qazandığı tarixi qələbənin əhəmiyyətindən danışıb.
O, bildirib ki, bu Zəfər sayəsində eyni soy və kökə malik bir millətin övladları olan Türkiyə və Azərbaycan Şuşa Bəyannaməsi ilə tarixinin və dünyanın ən yüksək müttəfiqlik səviyyəsinə yüksəlmişdir. “Bu gün türk tarixinin və şanlı Azərbaycan tarixinin ən parlaq zəfərlərindən biri olan 44 günlük Böyük Vətən Müharibəsi Zəfərinin 6-cı ilini qeyd edirik”-deyən Yecəl Karauz dövlətlərin
və insanların həyatında yaxşı günlər də, pis günlər də olur deyir: “Zəfər günləri yüzlərlə, minlərlə illər keçsə də unudulmur. Bax, Azərbaycan qazandığı bu zəfərlə qısamüddətli dövrdə 28 ilin, ortamüddətli dövrdə isə 200 ilin haqq-hesabını görmüşdür. Bu Zəfər ilə 100 ildən bəri erməni terrorçularının Azərbaycan xalqına qarşı törөtdikləri hücumlara son qoyulmdir. Quba şəhidlərinin, Mart qırğınlarındakı, Salyandakı şəhidlərin, Bakı şəhidlərimizin, 1988-ci ildəki ilk Qarabağ şəhidlərimizin, Zəhra körpənin, Mübarizin, General Polat Həşimovun qanları yerdə qalmamış, qisasları alınmışdır”. Yücəl Karauz vurğulayıb ki,bu Zəfər ilə böyük dövlətlər tərəfindən son 200 ildə Türkmənçay və Gülüstan müqavilələri ilə başlanan anti-Azərbaycan siyasətinə dur deyilmişdir: “*Bu Zəfər ilə Azərbaycan torpaqlarının haqsız və hüququsuz şəkildə 20 faizinin işğalına, 1 milyona yaxın məcburi köçkünün qaçqınlığına son qoyulmuşdur.  Bu Zəfər ilə 28 il ərzində işğal, istehkam və atəşlərlə müdafiəyə hazırlaşan terrorçu Ermənistan 44 gün kimi qısa müddətdə dünyada yaşana biləcək ən ağır məğlubiyyətə düçar edilmişdir. Məğlub edilən təkcə terrorçu Ermənistan deyil, onun havadarlarıdır.  Bu Zəfər ilə Azərbaycan xalqı başını, sinəsini mərmiyə tuşlayaraq, vətən, millət, bayraq uğrunda sonuna qədər dövlətinə sahib çıxaraq dünya millətlərinə örnək olmuşdur.
Bu Zəfər ilə Azərbaycan ordusu məğlub ordudan xalqının qürur mənbəyinə, torpaqlarını azad edən qalib bir orduya çevrilmişdir. Qəhrəmanlığını, cəsarətini, vətənpərvərliyini ürəyində, bıçağında, tapançasında, biləyində dostuna güvən, düşməninə qorxu salacaq şəkildə nümayiş etdirərək Qafqazın ən güclü ordusu halına gəlmişdir. Bu Zəfər ilə Azərbaycan ordusu ildırım sürətli əməliyyatla qısa müddətdə hədəfinə çatan, texnologiya ilə cəsarəti birləşdirən, ən az itki ilə terrorçu Ermənistan ordusuna ən çox canlı qüvvə və texnika itkisi yaşadan, yeni döyüş taktikaları tətbiq edən, bir çox ölkənin müasir silah sistemlərini ən uyğun və uzlaşdırılmış şəkildə istifadə etməyi bacaran dünyanın ilk 50 güclü ordusu sırasına daxil olmuşdur. Bu Zəfər ilə illərdir boynu bükük olan, təkcə Azərbaycanda yaşayanların deyil, dünyada yaşayan milyonlarla azərbaycanlının sarsılmış qürurunu, şərəfini ucalt التجasi; başını, sinəsini, baxışını dik tutaraq qürurla “Mən azərbaycanlıyam” deyəcək səviyyəyə gətirmişdir. Bu Zəfər ilə emperyalist qüvvə və dövlətlərin illərdir yalanlarla tətbiq etməyə çalışdıqları saxta rollar “Dəmir Yumruq”la darmadağın edilərək tarixin zibilliyinə atılmışdır. Bu Zəfər ilə qazanılan sülh, sabitlik, əmin-amanlıq və dayanmadan, yorulmadan hüquq çərçivəsində mübarizə aparan dövlət ağlı və əzmi olmuşdur. Uduzanlar isə işğalçılar, vandallar və başqalarının torpaqları üzərində siyasət yürüdənlərdir.  Bu Zəfər ilə məzlum millətlərə, haqqını və hüququnu axtaran xalqlara Azərbaycan ümid işığı olmuşdur. Onların səsləri daha gur çıxmağa başlamış və haqsızlığa qarşı özlərini ifadə edə biləcək hala gəlmişlər. Bu Zəfər ilə Azərbaycan üzərində oyun qurulan və oynanılan bir dövlət olmaqdan çıxaraq oyunları pozan və oyun quran dövlətə çevrilmişdir. Bu Zəfər ilə eyni soy və kökə malik bir millətin övladları olan Türkiyə və Azərbaycan Şuşa Bəyannaməsi ilə tarixinin və dünyanın ən yüksək müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Bu Zəfər ilə Türk dünyası oyanmış, İstanbul Bəyannaməsi Türk Dövlətləri Təşkilatına çevrilmiş, Türkiyə-Azərbaycan münasibətləri hər bir dövlətə örnək olacaq şəkildə gücləndirilmişdir. Bu Zəfər ilə “Bir Millət – İki Dövlət” anlayışı “Bir Millət – Yeddi Dövlət”ə çevrilmişdir.  Bu Zəfər ilə Azərbaycan 28 il ərzində tutduğu layiqli yeri dünya diplomatiya və siyasi tarixində daha da yüksəklərə daşımış, beynəlxalq aləmdə sözü və nüfuzu daha çox dinlənilən nümunəvi ölkə mövqeyinə gelib çatmışdır”.

Vətəninfo.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki