image-reklam-veteninfo
image-499df9aca87a3ac963f0de34586a10fdbackend

Hikmət Mirzəyev şəhid Camal İsmayılovun oğlu ilə görüşdü – FOTO

image-reklam-veteninfo

Zəfər tariximizin qəhrəmanlarından olan general-polkovnik, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun oğlu Alparslanla görüşüb.

Bu barədə şəhid Camal İsmayılovun xanımı Fatimə İsmayılova sosial şəbəkə hesabında paylaşım edib.

O, görüşdən foto paylaşaraq duyğularını belə ifadə edib:

“Zəfər tariximizin qəhrəmanlarından biri, Vətən Müharibəsi Qəhrəmanı, general-polkovnik Hikmət Mirzəyevin Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun övladı Alparslanla görüşündən…

Atanın adını, xatirəsini və Zəfər tariximizin qəhrəmanlarını tanıyaraq böyü, Alparslan Camal!

Bir gün bu günlərin, bu görüşlərin və atanla bağlı eşidəcəyin xatirələrin sənin üçün nə qədər dəyərli olduğunu daha yaxşı anlayacaqsan.

Zəfər Günümüz mübarək!”

WhatsApp Image 2026-11-07 at 15.37.03.jpeg (214 KB)

Qeyd edək ki, Vətən müharibəsində xüsusi şücaəti ilə seçilən hərbçilərimizdən biri Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Camal İsmayılov olub. Torpaqlarımızın azadlığı uğrunda canından keçən hərbçimizə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib. O, həmçinin “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

WhatsApp Image 2026-11-07 at 15.37.03 (1).jpeg (108 KB)

Camal İsmayılov Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının, Ərgünəş yüksəkliyinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib.

Onun da daxil olduğu 15 nəfərlik Xüsusi Təyinatlı Qüvvələr qrupu və digər dəstələrdən olan 30 hərbçi oktyabrın 19-da Qubadlı istiqamətində mühüm strateji mövqelər uğrunda döyüşə girib. Qeyri-bərabər döyüşdə Camal İsmayılov və dəstənin bir neçə üzvü şəhid olub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki