image-reklam-veteninfo
image-1backend

Tehrandan İrəvana tranzit xəbərdarlığı: “İran strateji marşrutlarının sıradan çıxarılmasına imkan verməyəcək”

image-reklam-veteninfo

İranın ali rəhbərinin Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbil şəhərinin cümə imamı Həsən Amili Ermənistanın Baş naziri Nikol Paşinyana xəbərdarlıq edib.

Vətəninfo.az xəbər verir ki, Həsən Amili Tehranın Qafqazdakı tarixi tranzit marşrutlarının ləğv edilməsinə və ya sıradan çıxarılmasına imkan verməyəcəyini bəyan edib.

O, Ermənistan rəhbərliyinə ünvanlanan mesajında İranın regiondakı strateji maraqlarının qorunmasının vacibliyini vurğulayıb.

Həsən Amilinin açıqlaması Cənubi Qafqazda nəqliyyat-kommunikasiya marşrutları ətrafında müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir.

Qeyd edək ki, İran regionda nəqliyyat yollarının açılması və yeni kommunikasiya xətlərinin yaradılması prosesində öz geosiyasi və iqtisadi maraqlarının nəzərə alınmasını vacib hesab edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki