image-reklam-veteninfo
image-1backend

Vəli Məmmədov yüksək vəzifəyə TƏYİN OLUNDU

image-reklam-veteninfo

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentnin müdiri Vəli Məmmədov işdən çıxıb.

O, başqa işə keçməsi ilə əlaqədar öz istəyi ilə vəzifəsindən ayrılıb.

V.Məmmədov “PAŞA Sığorta” ASC-nin baş icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, V.Məmmədov 2024-cü ildən AYNA-da Kommunikasiya departamentinin müdiri vəzifəsində çalışırdı.

O, 2011-2018-ci illərdə “Azercell Telekom”da Korporativ kommunikasiya üzrə baş mütəxəssis və digər vəzifələrdə, 2018-2024-cü illərdə isə “PAŞA Həyat Sığorta”da Korporativ kommunikasiya şöbəsinin müdiri, İnzibati bölmənin müdiri vəzifələrində fəaliyyət göstərib./İqtisadiyyat.az/




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki