image-reklam-veteninfo
image-1backend

Bərdədə təhlükəli “yük” ortaya çıxdı – Polis hərəkətə keçdi

image-reklam-veteninfo
Bərdədə qanunsuz olaraq odlu silah-sursat əldə etməkdə, saxlamaqda və satmaqda şübhəli bilinən şəxs saxlanılıb.Vətəninfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bərdə rayon sakini Y.Fətullazadənin qanunsuz yolla əldə etdiyi odlu silah-sursatı satmaq niyyətində olduğu müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, patron darağı və 29 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki