image-photo-2023-01-18-09-36-56backend

Demokratik münasibətlərin təzahürü

image-reklam_sirab_01

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu ölkəmizdə təkamül yolu ilə demokratik ənənələrin formalaşması prosesinin mühüm tərkib hissəsidir
Ölkəmizdə hazırda siyasi plüralizmin inkişafına dövlət tərəfindən lazimi dəstək göstərilir. Belə ki, qərargahı olmayan 25 siyasi partiya üçün müvafiq yerlər ayrılması, habelə vaxtı ötürülmüş qurultaylarının keçirilməsi istiqamətində tədbirlər görülüb. Ölkənin həyatında baş vermiş mühüm hadisələr ilə bağlı siyasi partiyalar tərəfindən birgə bəyanatların verilməsi və işğaldan azad olunmuş ərazilərə iqtidar-müxalifət partiyalarının birgə səfərlərinin təşkili Azərbaycanda yaşanan həmrəylik mühitinin təcəssümüdür. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərib. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayıblar. Birgə bəyanatların verilməsi təcrübəsi milli həmrəyliyə, habelə sağlam əməkdaşlıq ənənələrinin zənginləşməsinə xidmət edir. Bundan başqa, siyasi partiya nümayəndələrinin, politoloqlar, habelə media təmsilçilərinin iştirakı ilə 2021-ci ildə Ağdam və Şuşaya, 2022-ci ildə isə Zəngilana səfərlər təşkil olunub. Siyasi dialoqun qurulması istiqamətində əldə olunmuş uğurlar bundan sonra da bu prosesin effektiv davam etdiriləcəyindən xəbər verir. Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin qəbulu bu prosesi daha da sürətləndirdi. “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunun Azərbaycanda siyasi həmrəylik və siyasi dialoq mühitinin daha da inkişafına töhfə vermiş olacaq. Nəzərə çatdıraq ki, “Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirilib. Müsbət məqamdır ki, demək olar bütün partiyara “Siyasi partiyalar haqqında” Qanun layihəsinin müzakirəsinə sivil qatılıblar. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Qanun layihəsində əksini tapmış əsas məsələlər ilə bağlı ictimai rəy sorğusu keçirilib. Bütün təkliflərə baxılıb və Qanun layihəsində dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra müsbətə doğru 40-dək əlavə və dəyişiklik edilib. 6 fəsil, 30 maddədən ibarət Qanun layihəsində Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si nəzərə alınıb.
Azərbaycan dövlətinin əsas məqsədi ölkədə siyasi dialoqun canlanması və çoxpartiyalılıq üçün əsasların mükəmməlləşdirilməsidir. Qanun layihəsi çoxpartiyalı sistemin yaradılmasına xidmət edəcək. Qəbul edilən yeni qanun dövlətlə siyasi partiyalar arasında səmərəli əməkdaşlığa geniş imkan yaradacaq.
“Siyasi partiyalar haqqında” yeni Qanuna görə hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməlidir, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Bununla yanaşı, siyasi partiyaların respublikanın ictimai-siyasi həyatında daha yaxından iştirakının təmin edilir. Yeni qanun layihəsinin qəbulu ölkəmizdə təkamül yolu ilə demokratik ənənələrin formalaşması prosesinin mühüm tərkib hissəsidir. Bütün bunlar bilavasitə Azərbaycanda yaşanan demokratik münasibətlərin təzahürüdür. Yeni qanun partiyaların cəmiyyət həyatında iştirakçılığının artmasında mühüm rol oynayacaq.

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki