image-reklam-veteninfo
image-1backend

Dünyanın ən rahat yaşayan ölkələri – Azərbaycanda vəziyyət necədir?

image-reklam-veteninfo

Həyat keyfiyyətinin ən yüksək olduğu 50 ölkənin siyahısı məlum olub.

Vətəninfo.az xəbər verir ki, ən yüksək göstərici Finlandiyada qeydə alınıb – 91,6. Niderland 91,2 balla ikinci, Danimarka isə 89,8 balla üçüncü sırada qərarlaşıb.

Siyahıda Azərbaycan 33,5 indekslə aşağı pillələrdə yer alır. Müqayisə üçün, Türkiyənin göstəricisi 43,0, Gürcüstanın 43,7, Ermənistanın 49,4, İranın isə 14,8-dir. Azərbaycan bu göstəriciyə görə Türkiyə, Gürcüstan və Ermənistandan geri, İrandan isə öndədir.

Avropa ölkələri arasında da ciddi fərqlər görünür. Finlandiya, Niderland və Danimarka ilk üçlükdə olduğu halda, Polşa 63,9, İtaliya 61,1, Yunanıstan 50,1, Bolqarıstan 62,7, Rumıniya isə 56,1 indeksə malikdir.

İndeks üzrə ilk 10-luqda əsasən Şimali və Qərbi Avropa ölkələri üstünlük təşkil edir. Finlandiyadan sonra Niderland, Danimarka, Oman, Avstriya, Qətər, Estoniya, Norveç, Lüksemburq və Almaniya gəlir.

Tam siyahını təqdim edirik:

№ Ölkə İndeks
1 Finlandiya 91,6
2 Niderland 91,2
3 Danimarka 89,8
4 Oman 88,1
5 Avstriya 85,1
6 Qətər 85,0
7 Estoniya 84,4
8 Norveç 84,0
9 Lüksemburq 84,0
10 Almaniya 83,6
11 İslandiya 83,3
12 İsveçrə 83,2
13 İsveç 78,2
14 Litva 78,0
15 Sloveniya 77,1
16 İspaniya 77,0
17 Yaponiya 76,3
18 Çexiya 75,5
19 Xorvatiya 74,3
20 BƏƏ 74,0
21 ABŞ 70,5
22 Latviya 69,5
23 Səudiyyə Ərəbistanı 69,0
24 Belçika 68,8
25 Yeni Zelandiya 68,8
26 Avstraliya 68,4
27 Tayvan 68,2
28 Kanada 67,9
29 Böyük Britaniya 67,5
30 Portuqaliya 66,9
31 Slovakiya 65,5
32 Küveyt 65,4
33 İsrail 65,3
34 Fransa 64,7
35 Kipr 63,9
36 Polşa 63,9
37 İrlandiya 63,7
38 Bolqarıstan 62,7
39 Sinqapur 62,1
40 İtaliya 61,1
41 Cənubi Koreya 59,8
42 Macarıstan 57,2
43 Rumıniya 56,1
44 Çin 54,8
45 Bosniya və Herseqovina 53,5
46 Puerto Riko 51,4
47 Malta 50,1
48 Yunanıstan 50,1
49 Ermənistan 49,4
50 Cənubi Afrika 48,9
— Gürcüstan 43,7
— Türkiyə 43,0
— Azərbaycan 33,5
— İran 14,8

“AzPolitika.info”




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki