image-ebulfez_elcibeybackend

Əbülfəz Elçibəy 1992-ci ildə öz seçki kampaniyasını Az TV də açıqlayarkən-ÇİNLƏ BAĞLI NƏ DEYİB?

image-reklam_sirab_01

Prezidentin Davos forumu çərçivəsində keçirdiyi görüşlər, xüsusən Çinin CGTN televizyasına müsahibəsi geniş şərh edilməkdədir. Müəyyən rəylərdə bu müsahibə Azərbaycanın xarici siyasət kursunun dəyişməsi, Rusiyanın dünya siyasətindən çıxması müqabilində Çinə sığınmaq kimi təqdim edilir. İddia olunur ki, Qərbin əsas hədəfi Rusiya deyil, Çini sıradan çıxarmaqdır, ona görə də Bakı Pekinlə yaxınlaşarsa, sanksiyalara da məruz qala bilər.

Bu yanaşma nə qədər reallığı əks etdirir? Bəri başdan qeyd edək ki, Qərbin aparıcı KİV-lərində gedən təhlillərdə kəskin Çin-ABŞ və Çin –Avropa qarşıdurması istisna edilir. Əksinə, bəlli olduğu kimi, ötən ilin noyabrında İndoneziyanın Bali əyalətində ABŞ Prezidenti Cozef Baydenlə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında G20 sammiti çərçivəsində ilk görüş keçirilib. Tərəflər qarşıdurmanın aradan qaldırılmasında maraqlı olduqlarını, qarşıdurmanın yalnız iki ölkəni deyil, bütün dünyanı təhlükəyə ata biləcəyini ifadə ediblər. “Bu, iki ölkə xalqlarının əsas maraqlarına və bütün dövlətlərin ümumi maraqlarına uyğun gəlmir “-deyə Si Cinpin bildirmişdi. Həmin görüşdə ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfəri də razılaşdırmışdı. Səfər yaxın həftələrdə-fevralın ilk öngünlüyü gerçəkləşdiriləcək.

Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Corc Meloni artıq Çində olublar, yaz ayları üçün Avropa İttifaqı-Çin sammiti də planlaşdırılır.

Yəni Qərb “Çinə görə Azərbaycanı cəzalandıracaq” proqnozu arzunu reallıq kimi qələmə verməkdir. Əvvələn, Azərbaycanın Çinlə xüsusi yaxınlaşması barədə indidən qəti rəy söyləmək tez olardı, ikincisi də, bunun antiQərb demarşı kimi təqdimatı yanlışdır. Bununla yanaşı mümkün yaxınlaşmanı zəruri edən çoxsaylı səbəblər var. Tam və detallı olmasa da müəyyən səbəblərin üzərində dayanmaq olar.

1)Azərbaycan müxtəlif nəqliyyat layihələrində Çinlə əməkdaşlıqda maraqlı olduğunu ilk dəfə ifadə etmir. Çinin ” Bir kəmər-bir yol” layihəsinə əvvəldən də dəstək bildirilib. Çin tərəfi də mövcud və nəzərdə layihələrdə iştirak etmək, sərmayə qoymaq maraqlarını gizlətmir. Ələt limanı layihəsi 2010-cu illərin 2 ci yarısından etibarən Çin sərmayəsi üçün açıq olub;

2) Azərbaycan iqtisadiyyatının mühüm şaxələndirmə istiqamətlərindən birinin də nəqliyyat dəhlizləri olacağı hələ ötən əsrin 90-cı illərin əvvəllərində də məlum idi. Bu haqda mərhum prezident Əbülfəz Elçibəy 1992-ci ildə öz seçki kampaniyasını Az TV də açıqlayarkən də məlumat vermişdi. Azərbaycanın beynəlxalq yükdaşımaları xabına çevirmə haqda aydın olmayan o ilkin təsəvvürlər indi ardıcıl siyasət şəklində həyata keçirilir;

3) Beynəlxalq yükdaşımalar və ya bəzi dairələrin sevdiyi terminlə desək, “karvan yolları uğrunda mübarizə” Azərbaycanın II Qarabağ müharibəsindən sonra üzləşdiyi ən böyük çağırışdır. Bu mübarizənin bir həlqəsi olan Zəngəzur dəhlizinin baş tutmaması üçün Azərbaycan cənub qonşumuz tərəfindən savaşla belə təhdid olundu, hansısa “qırmızı xət”lərdən bəhs olundu, Araz boyu məhz ölkəmizə qarşı iki dəfə hərbi təlimlər keçirildi;

4) İran tərəfi inadla Zəngəzur dəhlizini “Turan-NATO dəhlizi” kimi təqdim edir, Körfəz ölkələrini, Rusiya və Çini layihəyə qarşı təhrik etməyə çalışırdı. Amma bu təşəbbüslərin əks effekt verməsinə şahidik. Azərbaycanın birinci şəxsinin və digər rəsmilərin Körfəz ölkələrinə səfərləri, son zamanlar Səudiyyə-Azərbaycan, Azərbaycan-BƏƏ, Azərbaycan-Qətər, Azərbaycan-Bəhreyn əlaqələrinin intesivləşməsi ilə paralel olaraq eyni ölkələrin Çinlə əlaqələrinin sıxlaşması müşahidə olunur. Çin-ərəb sammiti keçirilməsi gündəmdədir. Çin liderinin Ciddə və Abu Dabidə BƏƏ-nin İran tərəfindən mübahisələndirilən ərazi bütövlüyünü dəstəkləyən bəyanatları İranda “Çinin Tehrana xəyanəti” kimi dəyərləndirilir. Yəni Azərbaycana qarşı İranın formalaşdırmağa çalışdığı nəzəri koalisiya bizim müdaxilə olmadan da öz əleyhinə real birliyə çevrilməkdədir.

Pakistanın və Mərkəzi Asiyanın türk respublikalarının Çinlə siyasi və iqtisadi əlaqələri haqda yetərli məlumatlar olduğundan üzərində xüsusi dayanmadan yekun qənaət hasil edirik- Azərbaycanın müttəfiqləri ilə yaxın tərəfdaşlıq münasibətlərində olan ölkə ilə yaxınlaşması gözlənilən idi, üstəlik, indi bu yaxınlaşmanı həm də bizi təkləmək təşəbbüslərinə cavab vermək zərurəti və iqtisadi maralqırmız tələb edir.

5) Beləliklə, Çin və Azərbaycan əməkdaşlığı Qərbə qarşı deyil, əksinə Qərbin də dəstəklədiyi layihələri(Şərq -Qərb nəqliyyat dəhlizləri) icra etmək üçün lazımdır.

image-camaleddin

Cəmaləddin Quliyev

Xüsusi olaraq Vətəninfo.az üçün


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki