image-nizameddin-agcayev-1backend

Ələt Azad İqtisadi Zonasının yaradılması ideyası və məqsədi

image-reklam_sirab_01

Dünyanın aparıcı ölkələrində sahibkarlığın müxtəlif iqtisadi modelləri tətbiq edilir. Belə modellərdən biri də xüsusi iqtisadi zonalardır. Xüsusi iqtisadi zonaların yaradılmasında məqsəd ölkə iqtisadiyyatının prioritet sahələrinin inkişafının sürətləndirilməsi, yerli və xarici investisiyaların cəlb edilməsinə daha əlverişli şəraitin yaradılması yüksək texnoloji sahələrin inkişafının, rəqabətqabiliyyətli, səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsidir.
“Xüsusi iqtisadi zonalar” haqqında Azərbaycan Respublikasının 2009-cu il 14 aprel tarixli qanununun tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən ölkədə xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti ilə əlaqədar dövlət siyasəti hər zaman prioritet nümunələrdən hesab olunur.
Bununla əlaqədar olaraq xüsusi iqtisadi zonaların yaradılması üçün mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də beynəlxalq məsləhətçi şirkət cəlb etməklə bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi zəruri bilinmiş, Ələt qəsəbəsində liman tipli xüsusi iqtisadi zonanin yaradılması vacib hesab olunmuşdur.
Ümumi sahəsi 850 hektar olan bu zonanın artıq 60 hektarında layihələndirmə başa çatıb, inşaat işləri başlayıb. Bu iqtisadi zonanın yaradılmasında əsas məqsəd qeyri neft sektorunun inkişafı ilə əlaqədar görülən işlərdir.
Dünyanın ən təhlükəsiz ölkələrindən biri olan Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələsi dünya miqyasında artıq nümunə kimi göstərilir. Bu da çox önəmli faktlardan biridir.
Bütün bu amillər və əlbəttə ki, İkinci Qarabağ müharibəsində qazanılan qələbə və Dağlıq Qarabağ münaqişəsinin həlli artıq yeni bir vəziyyət yaradıb.
Ümumiyyətlə vurğulamaq istərdim ki, Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır. İstər işğaldan yenicə azad olunan, istərsə də digər bölgələrimiz üçün bunu asanlıqla deyə bilərik.
Müasir dövrdə azad iqtisadi zonalar xarici ticarət strategiyasının vacib halqalarından birini təşkil edir. Belə ki, Azad iqtisadi zonalar kapitalın ölkə iqtisadiyyatına cəlb olunması ilə yanaşı ixrac sələfinin həm çeşidini, həm coğrafiyasını genişləndirməyə şərait yaradır. Bu da birbaşa və ya dolayısı ilə valyuta daxil olmalarının artmasına, müasir texnologiyalara çıxış imkanına pozitiv təsir göstərir ki, son nəticədə milli iqtisadiyyat dayanıqlı inkişaf edir və dünya bazarına daha səmərəli inteqrasiya olunur. Belə iqtisadi zonaların yaradılması ayrı-ayrı regionların iqtisadiyyatının inkişafı baxımından təsirli mexanizmdir.
Bu uğur faktorlarını nəzərə aldıqdan, eyni zamanda Azərbaycanın şimal-cənub, şərq-qərb ticarət marşrutlarının mərkəzində yerləşməsi Azad Ticarət zonasının yaradılmasını iqtisadi baxımdan səmərəli edir. Ələt qəsəbəsi həm beynəlxalq avtomobil, həm də dəmir yolu xətlərinə ən əlverişli mövqedə yerləşir. Bu da imkan verir ki, Azad ticarət zonası həm əlavə dəyər yaradan, eyni zamanda beynəlxalq paylama məntəqəsi kimi də inkişaf etsin.
Bütün bu yaradılan imkanlar təbii ki, xalqın, millətimizin rifahı naminə atılan ən uğurlu layihələr kimi dəyərləndirilməlidir.
Cənab Prezidentin iqtisadi yöndə atdığı bu addımları güclü və qalib Azərbaycan dövlətini hər zaman irəli aparacaq, onu qüdrətli iqtisadi inkişaf səviyyəsinə qaldıracaq.

Suraxanı rayonu Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbin direktoru Ağcayev Nizaməddin Fərhad oğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki