image-togrulbackend

“Gənc Elçi” layihəsi təqdim edildi – FOTO / VİDEO

image-reklam_sirab_01

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırladığı “Gənc Elçi” layihəsi təqdim edilib.

Yenicag.az xəbər verir ki, “Davam” Gənclər Hərəkatının qərargahında keçirilən tədbirdə xaricdə yaşayan gənc diaspor liderləri ilə bağlı hazırlanan video-müsahibələr gənclərə təqdim edib.

Təqdimatdan sonra gənclərin layihə haqqında müzakirə aparılıb.

Qeyd edək ki, “Gənc elçi” layihəsinin məqsədi xaricdə yaşayan, işləyən və diaspor fəaliyyəti ilə məşğul olan soydaşlarımızı sosial media vasitəsilə milli maraqların təbliğatçısına çevirmək, Azərbaycanın daxili və xarici uğurlarını sosial media və şəbəkələr vasitəsi ilə dünyaya çatdırmaqdan ibarətdir.

Layihə çərçivəsində xaricdə yaşayan və diaspor fəaliyyətində yaxından iştirak edən soydaşlarımızla hazırlanan videoreportajlar gənclər arasında maraqla qarşılanıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki