image-7a62412b-f65c-44f2-ae97-49afb2c90f52backend

Gənc nəsil Qarabağda

image-reklam_sirab_01

 

 

Azərbaycan gənclər ölkəsidir. Ölkə əhalisinin 60 faizdən çoxunu gənclər təşkil edir. Bu nöqteyi-nəzərdən yanaşdıqda gənclərin qarşısında dayanan vəzifələr daha qabarıq şəkildə özünü büruzə verir. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə

qaytardı. Azərbaycan gənci tariximizi yaxşı bilməlidir. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə yeni bir səhifəni- Zəfər Gününü yazdı. Hələ müharibəni şərtləndirən amillər, Azərbaycanın hərb təcrübəsi ilə bağlı kitablar yazılacaq, bu tarix dərsliklərdə xüsusi yer alacaq, gələcək nəsil bu tariximizlə qürur duyaraq artıq torpaqlarımızın işğalı deyil, işğaldan azad olunduğu günü qeyd edəcəklər.

Hər bir dövlət onda güclü olur ki, onun qüdrətli iqtisadiyyatı və güclü ordusu var. Azərbaycanın güclü orduya malik olması 44 günlük Vətən müharibəsində bir daha nümayiş edildi. Gənclərimizin bu gün dövlət başçısı İlham Əliyevin Fərmanı ilə hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələri də onlarda Vətən sevgisinin böyüklüyünün təsdiqidir. İşğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı çərçivəsində infrastrukturların yenidən qurulmasına dair layihələrin icrasına başlanıb. Artıq 7 rayonun hamısında, eləcə də Hadrut və keçmiş Ağdərə rayonunun işğaldan azad edilmiş məntələrində yol və

elektrik enerjisi infrastrukturu bərpa edilir. Ərazilərin bərpası ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri – kiçik kəndlərin

birləşdirilməsinin meyar və prinsipləri də artıq bəllidir. Həm Kəlbəcərdə,həm də Laçında həyata keçiriləcək layihələrdə iki məqam daha çoxdiqqət çəkir: rayonlararası yol infrastrukturunun əsaslı şəkildə yenidən qurulması və kiçik kəndlərin birləşdirilməsi. Bərpa proqramı ilə tanışlıqdan məlum olur ki, hər iki rayonu bir-birinə bağlayan və respublikanın digər bölgələri ilə əlaqəsini təmin edəcək yolların tikintisinə xüsusi önəm veriləcək. Bərpa proqramında Kəlbəcərin qonşu Laçın rayonu və respublikanın digər bölgələri ilə əlaqəsini təmin etmək üçün bir neçə iri yol layihəsi layihəsi nəzərdə tutulur.

 

Özləm Əliyeva

Bakı Musiqi Akademiyası


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki