image-reklam-veteninfo
image-1backend

Göyərtəsində 10 azərbaycanlı olan gəmiyə dron hücumu olub

image-reklam-veteninfo

Qara dənizdə Türkiyə gəmisinə dron hücumu olub.

Dənizçilik informasiya portalı Maritime Voice-a görə, Qara dənizdə Türkiyə şirkəti tərəfindən idarə olunan VOLGO-BALT 226 gəmisinə dron hücumu edilib.

Portalın “X” hesabında deyilir: “Türk şirkəti tərəfindən idarə olunan VOLGO-BALT 226 gəmisinə Qara dənizdə dron hücumu edilib. Gəminin körpüsünə və yaşayış yerlərinə ciddi ziyan dəyib”.

Mənbənin məlumatına görə, gəmidə 11 nəfər var: 10 Azərbaycan vətəndaşı və bir Gürcüstan vətəndaşı. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Nəşr bildirib ki, “Zərərə baxmayaraq, gəmi Trabzona doğru irəliləyir”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki