image-modern-az-27-04-2021-1619510380backend

“Hərbi əsirlər” kimi qələmə verdikləri terrorçuların qaytarılması…”-CAVANŞİR FEYZİYEV

image-reklam_sirab_01

Ermənistan rəhbərliyi və diasporu Azərbaycana qarşı böhtan kampaniyalarını daha da gücləndirməkdə israrlı görünürlər. “Hərbi əsirlər” kimi qələmə verdikləri terrorçuların qaytarılması və guya azad olunmuş ərazilərdə “erməni dini- mədəni irsinin dağıdılması” kimi uydurma iddiaları bütün beynəlxalq təşkilatların gündəliyinə çıxarmaqla ermənilər Azəərbaycana beynəlxalq təzyiq göstərilməsinə çalışırlar. Bu günlərdə Strasburqda AŞPA-nın İsveçdən olan deputatı Markus Vayçel də Fransa erməni diasporunun tapşırığı ilə Azərbaycan əleyhinə hazırladığı bəyanatın mətni altında imza toplamaq üçün səylər göstərir. Markus Vayçelin bu təşəbbüskarlığından xəbər tutan millət vəkili Cavanşir Feyziyev ona məktub ünvanlayıb. Məktubda deyilir:

Strasburq, AŞPA:

Hörmətli cənab Wiechel və Nicolas Bauer,

Elektron poçt ünvanıma daxil olmuş məktubunuzdan təşəbbüsünüz haqqında məlumatlandım və sizin təşəbbüsünüzə cavabım belədir:

Birincisi, “… 2020-ci ilin noyabr ayında əldə olunmuş atəşkəsdən sonra Ermənistanın Azərbaycana təhvil verdiyi ərazilərdə xristian kilsələrinin və digər mədəni abidələrinin guya Azərbaycan hərbi qüvvələri tərəfindən dağıdılması barədə …” iddialarınız tamamilə əsassızdır və erməni mənbələri tərəfindən Azərbaycana qarşı təbliğat məqsədi ilə uydurulan saxta xəbərlərin sizin tərəfindən yayımlanması yalnız qınağa layiqdir.

Məlumat vermək istərdim ki, 1988–1994-cü illərdə baş vermiş 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərinin 20% -i Ermənistan tərəfindən işğal edilib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən təcili və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 Qətnaməsinə baxmayaraq, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb. İşğal olunmuş ərazilər yalnız keçən ilin noyabr ayında, 44 günlük hərbi əməliyyatlar nəticəsində azad edilib.

Rəsmi məlumatlara görə, demək olar ki, bütün yaşayış və inzibati binalardan əlavə 700 tarixi və mədəniyyət abidəsi, 927 kitabxana, 808 mədəniyyət mərkəzi, 85 musiqi və incəsənət məktəbi, 100 mindən çox eksponata malik olan 22 muzey, dörd rəsm qalereyası, dörd teatr, iki konsert salonu son otuz il ərzində Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən zədələnib və ya məhv edilib. İşğal olunmuş ərazilərdə mövcud olmuş 70 məsciddən 67-si dağıdılaraq tamamilə yer üzündən silinib.

Cənab Markus Vayçel AŞPA daxilində Miqrasiya, Qaçqınların və Köçkünlərin İşləri üzrə Komitənin  üzvü olmuş, lakin çıxışlarında və təşəbbüslərində 1-ci Qarabağ müharibəsi  zamanı erməni silahlı qüvvələri tərəfindən ata-baba yurdlarından qovulmuş və didərgin salınmış 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlər haqqında heç vaxt danışmayıb. 30 illik işğal dövründə bu həqiqətlərə susmağınız və indi Azərbaycan əleyhinə böhtan xarakterli məlumatlar yaymağınız, özünüzün elan etdiyiniz Avropa dəyərlərinə “bağlılığınızın” əsl mahiyyətini çox açıq şəkildə göstərir. Bütün bunlardan sonra özünüzdə cəsarət taparaq “… Azərbaycan mədəni və dini abidələri dağıdır …” kimi iddialar irəli sürməyiniz isə ikiüzlülükdən başqa bir şey deyil.

Azərbaycan çoxsaylı millətlərin dinc-yanaşı birgəyaşayışı və inkişafı üçün dünyanın nadir əlverişli yerlərindən biridir. Dini tikililərə və abidələrə gəldikdə isə, Azərbaycan hər zaman öz ərazisində və hətta dünyada yaşayan bütün xalqların dini və mədəni irsinin abidələrinə xüsusi qayğı ilə yanaşmışdır.

Bilməyinizi istərdim ki, Azərbaycan dünyada mədəni, tarixi və dini abidələrin qorunmasında fəal iştirak edir. Vatikan, Luvr və dünyanın bir çox digər mədəni və tarixi mərkəzlərinin bərpa layihələrində Azərbaycanın fəal iştirakı dünya miqyasında tanınmış və təqdir edilmişdir.

Nəhayət, “erməni dini irsinin qəsdən məhv edilməsi” barədə təqdim etdiyiniz saxta məlumatlar, təəssüf ki, sizin də qərəzli anti-Azərbaycan kampaniyasında iştirak etdiyinizi göstərir.

Biz erməni diasporunun sizin kimi “Avropa dəyərləri” təmsilçilərinə maliyyə ianələrinin cəlbediciliyini yaxşı bilirik. Ancaq həqiqətin də gec və ya tez öz yerini tapacağına ürəkdən inanırıq.

Hörmətlə,

Cavanşir Feyziyev

Millət vəkili, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri

 

г. Страсбург, ПАСЕ

Уважаемые г-н Вайчель и Николас Бауэр,

Я получил Ваше письмо на свой электронный почтовый ящик, и мой ответ на Вашу инициативу, следующий:

Во-первых, ваши утверждения о том, что «… азербайджанские вооруженные силы … в последнее время намеренно разрушили несколько церквей и других христианских объектов в районах, сданных Арменией Азербайджану после прекращения огня в ноябре 2020 года …» являются полностью ложными, а распространение вами фейковых новостей, сфабрикованных армянскими источниками в пропагандистских целях против Азербайджана, заслуживает только осуждения.

Хочу вам сообщить, что 20% территории Азербайджана были оккупированы Арменией во время Первой Карабахской войны 1988-1994 годов. Несмотря на четыре резолюции Совета Безопасности ООН, принятые еще в 1993 году, призывающие Армению немедленно и безоговорочно вывести свои вооруженные силы с оккупированных территорий Азербайджана, Армения оставила территории Азербайджана под оккупацией в течение 30 лет и оккупированные территории были освобождены только недавно, в ноябре прошлого года, в результате 44-дневных боевых действий.

По официальным данным, помимо почти всех жилых и административных зданий, 700 памятников истории и культуры, 927 библиотек, 808 культурных центров, 85 музыкальных и художественных школ, 22 музея с более чем 100,000 артефактов, четыре художественные галереи, четыре театра, два концертных зала были повреждены или разрушены Арменией на оккупированных территориях Азербайджана за последние тридцать лет. Из 70 мечетей, существовавших на оккупированных территориях, 67 полностью стерты с лица земли.

Г-н Маркус Вайчель был полноправным членом Комитета по миграции, беженцам и перемещенным лицам в ПАСЕ, но никогда не упоминал в своих выступлениях или инициативах о более чем 1 миллионе азербайджанских беженцах и перемещенных лицах, изгнанных со своих исконных земель вооруженными силами Армении во время 1-й Карабахской войны 1988-1994 гг.

Ваше молчание по поводу этих фактов в течение 30 лет оккупации, а теперь и распространение ложной клеветнической информации очень ясно показывает истинную суть вашей «преданности» провозглашенным вами же европейским ценностям. После всего этого ваши утверждения о том, что якобы «… Азербайджан уничтожает культурные и религиозные памятники…»  являются ничем иным, как лицемерие.

Азербайджан – одно из немногих благоприятных мест в мире для мирного религиозного сосуществования и развития многих национальностей. Что касается культовых сооружений и памятников, то Азербайджан всегда с особой заботой относился к памятникам религиозного и культурного наследия всех народов, проживающих на его территории.

Хочу, чтобы вы знали, что Азербайджан активно участвует в сохранении культурных, исторических и религиозных памятников во всем мире. Активное участие Азербайджана в реставрационных проектах Ватикана, Лувра и многих других культурных и исторических центров мира получило всемирное признание.

Наконец, предоставленная вами информация о «преднамеренном разрушении армянского религиозного наследия» — это ничто иное как соучастие в анти-азербайджанской клеветнической кампании, участником которой, к сожалению, вы тоже являетесь.

Мы хорошо осознаем привлекательность финансовых пожертвований армянской диаспоры таким представителям «европейских ценностей», как вы. Но в то же время мы глубоко верим, что рано или поздно правда найдет свое место и справедливость восторжествует.

Джаваншир Фейзиев

Депутат Милли Меджлиса Азербайджанской Республики,

Сопредседатель Комитета по сотрудничеству Азербайджан – ЕС.

 

 

Strasbourg, PACE:

Dear Mr. Wiechel and Nicolas Bauer,

I received your letter to my e-mail box and my answer to your initiative is as follow:

First, your allegations about “… Azerbaijani military forces … have of late deliberately destroyed several churches and other locations of a Christian character in areas surrendered by Armenia to Azerbaijan, even after the November 2020 cease-fire…”  are completely false and your dissemination of fake news fabricated by Armenian sources for propaganda purposes against Azerbaijan deserves only condemnation.

I would like to inform you that 20% of territories of Azerbaijan had been occupied by Armenia during the 1st Karabagh war in 1988-1994. Despite the 4 Resolutions of the UN Security Council, adopted in 1993 and urging Armenia to immediate and unconditional withdraw of its armed forces from the occupied territories of Azerbaijan, Armenia kept territories of Azerbaijan under occupation during 30 years and the occupied territories have been liberated only recently, last November, as a result of 44 days military actions.

According to official data, in addition to almost all residential and administrative buildings, 700 historical and cultural monuments, 927 libraries, 808 cultural centers, 85 music and art schools, 22 museums with more than 100,000 artifacts, four art galleries, four theaters, two concert halls have been damaged or destroyed by Armenia in the occupied territories of Azerbaijan over the past thirty years. 67 out of 70 mosques, existed in the occupied territories have been erased from the ground.

Mr. Marcus Wiechel had been a full member of the Committee on Migration, Refugees and Displaced Persons within PACE, but never mentioned in his speeches or initiatives about more than 1 million Azerbaijani refugees and displaced persons expelled from their ancestral lands by Armenian armed forces during the 1st Karabagh war in 1988-1994. Your silence about these facts during 30 years of occupation, and now your dissemination of false slanderous information very clearly shows the real essence of your “devotion” to the European values you declared yourself. After all this, you find the courage to assert that “…Azerbaijan is allegedly destroying cultural and religious monuments…”, is nothing else than hypocrisy.

Azerbaijan is one of the rare favorable places in the world for peaceful religious coexistence and development for many nationalities. As for religious buildings and monuments, Azerbaijan has always treated with special care the monuments of the religious and cultural heritage of all peoples living on its territory and even around the world.

I want you to know that Azerbaijan is actively involved in the preservation of cultural, historical, and religious monuments around the world. Azerbaijan’s active participation in the restoration projects of the Vatican, Louvre and many other cultural and historical centers around the world has gained worldwide recognition.

Finally, the information provided by you on “deliberately destroying Armenian religious heritage” is nothing more than complicity in the anti-Azerbaijani slanderous campaign, of which, unfortunately, you are also a participant. We are well aware of the attractiveness of financial donations of the Armenian diaspora to such representatives of “European values” as you. But we deeply believe that sooner or later the truth will find its place.

Javanshir Feyziyev, MP

Co-chair of the Azerbaijan-EU Parliament Cooperation Committe

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki